Bakıda “Tourism Meetup & Workshop” tədbiri

  temp-2-2  Turizm sənayesinin inkişafına dair Strateji Yol xəritəsi”-nin müddəalarını rəhbər tutaraq 12 may 2018-ci il tarixində Pullman Baku mehmanxanasında Skal International Baku (Azərbaycan Turizm Peşəkarları Assosasiyası) təşkilatçılığı ilə “TMW – Tourism Meetup & Workshop adlı turizm tədbiri keçiriləcək. TMW tədbirinin​ məqsədi Turizm sənayesinin inkişafı, satışların stimullaşdırılması, effektiv turizm strategiya istiqamətlərinin müəyyən olunması, Turizm sahəsi üzrə ixtisaslaşan mütəxəssislərin və biznes sahiblərinin qarşılıqlı fikir mübadiləsi etməsi üçün şərait yaratmaqdır. Tədbirin açılış mərasimində Turizm və Menecment Universiteti Rektoru Ilham Mədətov, Skal İnternational Baku Qurucu Başqanı Ruslan Quliyev, Azərbaycan Respublikasının Milli Məclisi, Sosial-Siyasət komisiyasının üzvü, millət vəkili İlham Məmmədovun çıxış edib.

      Tədbirin əsas mövzusu “Turizm məhsulu, Yeni imkanlar, Bazarlar və Müasir Trendlər”.  Tədbir 2 paneldən ibarət olmaqla, 10 yerli və xarici tanınmış spikerlərin məruzə və təqdimatları ilə çıxış edib. Azərbaycanda ilk dəfə olaraq bir turizm tədbirində rəqəmsal texnologiyaların turizm sektoruna təsir imkanları ilə bağlı təqdimat olub. Crypto Consulting MMCkriptoinvest.az portalının təsisçisi Elnur Quliyev “Kriptovalyutalar və Blockchain texnologiyasının turizmdə yaratdığı imkanlar” adlı təqdimatla çıxış edib.

Media tərəfdaşları: report.az, kriptoinvest.az, seyyah.az, travelnews.az, unikal.org.

Tədbirdəki ən maraqlı çıxışlara aşağıdakı video linklər vasitəsi ilə tanış ola bilərsiniz.

azc999rbaycan-iqtisadiyyatc4b1nc4b1n-yeni-lokomativi-11.jpg

30712501_586316871724406_179928833003094016_n

Leave a Reply