Adena Friedman: Kriptovalyuta birjası olmaq imkanımız var

   Kapitalizasiyası 9 trilyon dollar olan və dünyanın 2-ci ən böyük fond birjası – Nasdaq tənzimlənən bazarda kriptovalyuta birjası olmaq üçün açıqdır. Bu açıqlamanı  CNBC-yə müsahibəsində Nasdaq birjasının CEO-su Adena Friedman  verib.

 cnbc-nasdaq-facebookJumbo   Adena Friedman aprelin 25-i Squawk Box verlişində canli efirdə Nasdaq birjasının kriptovalyualarla bağlı mövqeyini şərh edərkən: “Hazırda kriptovalyuta bazarı tənzimlənmir və bu səbəbdən kriptobirja olmaq barədə qərar qəbul etməmişik. Əgər biz görsək ki, insanlar tənzimlənən və investorlar üçün daha ədalətli şərtləri olan bazara hazırdılar, o zaman biz şübhəsiz ki, kriptovalyuta birjası olmaq imkanlarına baxacayaıq” deyib. Aparıcının “siz özünüz kriptovalyutaların gələcəyinə inanırsınızmı?” sualına cavab verekən Adena Friedman:”Hesab edirəm ki, kriptovalyutaların mövcudluğu hələ davam edəcək və bu yalnız zaman məsələsidir. Sektorun yetişməsi üçün müəyyən zaman lazımdı. Bundan sonra biz investora tənzimlənən bazarı təqdim edə bilərik”

NASDAQ-Tech-to-Launch-First-Cryptocurrency-Exchange-–-Excludes-US-Customers-during-launch.jpg

     Xatırladım ki, aprelin 25-i Tyler və Cameron Winklevoss qardaşları tərəfindən yaradılan Gemini birjası Nasdaq ilə partnyorluğunu elan etdi. Partnyorluq çərçivəsində Gemini birjası ticarət manipulyasiyalarını izləmək üçün SMARTS Market Surveillance texnologiyasından istifadə edəcək.

 

Elnur Quliyev

Crypto Consulting

 

 

Leave a Reply