Bitcoin Vikipedianın “Top 10”-da

     Bitcoin haqqında məqalə vikipediada ən populyar materiallar arasında ilk onluğa daxil edilib. Vikipedia 2017-ci ilin ən populyar məqalələri reytinqini (The top 50 Report -2017) açıqlayıb.

   wikipedia-bitcoin-395x315Vikipedia administrasiyasının hesablamalarına əsasən 2017-ci ildə bitkoin haqqında ingilis dilində olan material 15 milyon baxış sayı toplayıb. Bununla da ən populyar məqalələr içərisində ilk onluqda 9-cü yeri tutdu. Ən çox baxış sayı 8 dekabr, 2017 tarixdə qeydə alınb ki, həmin gün bitkoinin qiymətində kəskin artım olmuşdu.

    Xatırladım ki, vikipedianın rus dilində olan versiyasının 2017-ci il üçün reytinqində bitkoin mövzusu Putin və Rusiya haqqında materiallardan sonra ilk üçlükdə yer alıb.

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply