Mayın 1-i kriptovalyutaların məzənnələri haqqında ən məşhur resurs olan CoinMarketCap.com-un 5 yaşı tamam oldu. Sayt administrasiyası bu hadisəni özünə məxsus yeniliklər etməklə qeyd etdilər: saytın yeni mobil tətbiqi buraxıldı, sayt rebrendiq edildi və yaxın gələcəkdə saytın funksionallığının genişləndiriləcəyi elan edildi.
CoinMarketCap-ın CEO-su Brandon Chez: “Biz istifadəçilərin gələn istəklərini izləyirik, və insanların görmək istədikləri məqamlara diqqət yetiririk. Bu gün bir çox tələbi təmin edə biləcəyimizə sevinirik”.
Elnur Quliyev