Azərbaycanda ilk Maliyyə Texnologiyaları və Blokçeyn Forumu

    Bakıda 17-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Maliyyə Texnologiyalarında yeni trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda forum keçiriləcək.

    Forumda IT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri iştirak edəcək.

  • Avropa Banklar Federasiyası – Maliyyə bazarları siyasətləri üzrə məsləhətçi, Blokçeyn qrupunun rəhbəri Daniele De Gennaro;
  • “Nyu York Mellon Bankı”- İnkişaf etməkdə olan bizneslər və strukturlaşma üzrə direktor, blokçeyn texnologiyası üzrə rəhbər Boris Spremo;
  • Cisco Systems Inc – Region üzrə kibertəhlükəsizlik eksperti Meyram Burataev
  • “KPMG” Rusiya – İnformasiya Riskləri Menecmenti Qrupunun Baş meneceri Andrey Drozdov;
  • “KPMG” – Moskva ofisinin nümayəndəsi Nikolay Leqkodimov;
  • “Yapı Kredi Texnologiya” – Tədqiqat, inkişaf və xüsusi layihələr üzrə rəhbər Seçil Arslan;
  • “VeriPark” – Müştəri Xidmətləri üzrə rəhbər Görkem Gökçe;
  • “Garanti Bank”- Rəqəmsal Bankçılıq üzrə Təhlükəsizlik direktoru İzzet Mehmet;
  • “Banklararası Kart Mərkəzi” Türkiyə – Baş informasiya təhlükəsizliyi inzibatçısı Bülent Muşlu;
  • “SWIFT” Moskva ofisi – Hesablar üzrə direktoru Pavel Prokudin;
  • “ZiraatBank Türkiyə” – Fırıldaqçılığa qarşı monitorinq üzrə vitse-prezident Məhəmməd Batır;
  • “Prima” Menecment Konsaltinq şirkəti – IT İdarəetmə və İnformasiya Təhlükəsizliyi üzrə Tərəfdaş, CGEIT, CISA, CISM, CRISC İnformasiya sistemlərinin təhlükəsizliyi üzrə qiymətləndirici İlqar Əliyev;
  • İT Təhlükəsizliyi və Auditi – müstəqil ekspert Kənan Əliyev;
  • “Azerconnect” – Biznesin Davamlılığı üzrə Ekspert Əşrəf Həsənov;

     Forum maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyaların müzakirə edilməsini nəzərdə tutur. Məqsəd maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır.

       Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular  və xarici ölkərlərin təcrübələri əhatə olunacaq. Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbər nümayəndələri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, akademik dairələrin Forumda iştirakı gözlənilir.

Forum barədə ətraflı məlumat və qeydiyyat üçün http://gbmevents.az/blockchain2018/  istifadə edə bilərsiniz:

 

Mənbə: http://www.bbn.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma