Kriptovalyuta arbitrajı

    bitcoin-borsalari   Kriptovalyutalar və onların son iki ildə gətirdiyi gəlirlər cəmiyyətinin böyük marağına səbəb olub. Rəqəmsal sənayenin inkişafını izləyən və kriptovalyutaların gələcəyinə inanan müəyyən qrup insanlar varki rəqəmsal aktivlərə investisiya edərək qısa müddətdə real qazanmaq imkanı əldə etdilər. Bu tip investorların bir çoxu hələ də hesab edir ki, kriptovalyutalarda qazanmağın yeganə yolu – rəqəmsal aktivi alıb, bir müddət gözləyib və qiyməti qalxanda satmaqdır. Bu kriptovalyuta ticarətində qazanmağın passiv üsuludu. Lakin bu dəfə rəqəmsal aktivlərdən qazanmağın digər üsulu olan kriptovalyuta arbitrajı barədə maksimum qısa və aydın şəkildə izah etməyə çalışacam.

      Rəqəmsal valyutaların alqı-satqısı, bir-biri ilə mübadiləsi, həmçinin fiat pullara dəyişdirilməsi birbaşa olaraq kriptovalyuta birjalarında baş verir. Birjalar arasında bu məzənnə fərqləri adətən 2-3% olur lakin ola bilər ki, bu fərq 5-10% aralığında da dəyişsin. Yəni siz eyni kriptovalutanı bir birjadan aşağı qiymətə alıb eyni zamanda digər birjada nisbətən yuxarı qiymətə sataraq alınmış fərq nəticəsində gəlir əldə edə bilərsiniz. Bu proses – kriptovalyuta arbitrajı adlanır. Kriptovalyuta arbitraji hazırda treyderlər arasında gəlirli ticarət strategiyalarından biri hesab edilir. Bu strategiyanın işləmə mexanizmi kriptovalyutaların qiymətindəki qeyri-stabilliyin olmasından aslıdır.

   Kriptovalyuta arbitrajında qazanmaq üçün xüsusi bilik lazım deyil sadəcə olaraq qabaqcdan seçdiyiniz birjalardakı məzənnələri diqqətlə izləmək, mədaxil və məxaric şərtlərini qabaqcadan bilmək kifayətdir.

    Bəs sizcə kriptovalyuta birjalarında eyni rəqəmsal aktivin qiymətləri niyə fərqli olur? Birjalarda kriptovalyutanın məzənnələrinin fərqli olmasının əsas səbəbləri aşağıdakı faktorlardan aslıdır:

  • Birjaların mərkəzi tənzimləmə mexanizminin olmaması. Hazırda rəsmən qeydiyyata alınmış 300-ə yaxın kriptovalyuta birjaları və mübadilə servisləri mövcuddur. Hər bir birjanın isə öz səhmdarları, strategiyası, müştəri bazası var və qiymətlər buna uygun olaraq tələb-təklif amilinə əsaslanaraq formalaşır.
  • Regionallıq faktoru. Birjanın kontingenti onun hansı fiat pulları qəbul etməsi və hansı formada birjdan məxaric edilməsindən aslıdır. Misal üçün cənubi afrika birjası olan Golix-də 2017-ci ilin dekabr ayında bitkoinin qiyməti 28000 dollara qədər qalxmışdı. Halbuki “Top 20”-də olan birjalarda bu qiymət 20.000 dollardan yuxarı deyildi. Bunun əsas səbəbi o idi ki, Golix-də fiat pulların məxarici yalnız Zimbabve bankına mümkün idi.
  • Hər birjanın öz alıcı və satıcısı var. Treyderlər adətən eyni zamanda bir neçə birjada qeydiyyatdan keçirlər və birja seçərkən fəqli kriteriyalarla yanaşırlar: birjda ticarət olunan valyuta çütlüklərinin sayı, fiat pulların mədaxil və məxaric şərtləri, birjaya qoşulan ödəniş sistemlərinin işləmə tezliyi və komissiya haqqı, texniki dəstək və əməliyyatların təhlükəsizliyi və s. Zaman keçdikcə investorlar seçdikləri birjalara öyrəşirlər və uzunmüddətli alışlar zamanı məzənnədəki cüzi fərqə görə birjalarını dəyişmirlər.

 101890549-Buy_sell_dice_on_coins.jpg    Yeni başlayan treyderlər adətən ticarət edilən valyuta cütlüklərin sayı və məzənnə fərqi nisbətən daha çox olan Youbit, Exmo, Livecoin, Cex.io kimi birjalara əməliyyatlar aparmağı üstünlük verirlər. Misal üçün: Exmo birjasında ripple 80, Cex.io-da isə 84 sentdir. Siz 800 dollara 1000 ripple alıb Cex.io-də sataraq 840 dollarla hesabınızı artırırsınız. Cex.io-dan isə fiat pulunuzu birbaşa bank kartınıza köçürməklə əməliyyatı tamamlamış olursunuz. İlk baxışdan sadə sxemdir lakin nəzərə almalısınız ki, real gəlirinizi bilmək üçün qazanılan 40 dollardan əməliyyatlar zamanı tutulan komissiyaları çıxmaq lazımdır:

  • Exmo birjasına fiat pulun köçürülməsi komissiyası;
  • Ripple alınması və birjalar arasında köçürmə komissiyası;
  • Cex.io-dan fiat pulun bank kartına köçürülməsi və nəğdləşdirilməsi komissiyası.

      Nəticədə ola bilər ki, komissiya xərciniz gəlirinizdən daha çox olsun və ya gəlir o qədər də hiss olunacaq dərəcədə olmasın. Burdan belə nəticə çıxır ki, hər zaman məzənnə fərqində mənfəətə çıxmaq olmur.

       Əgər siz Kriptovalyuta arbirajında minimum risklə qazanmaq istəyirsinizsə o zaman aşağıdakı tədbirləri mütləq şəkildə nəzərə almalısınız:

  1. Maksimal məzənnə fərqi olan 2 və ya daha çox birja seçin və qabaqcdan qeydiyyatdan keçərək müvafiq verifikasiya presedurlarını tamamlayın. Çünki bəzi birjalarda bütün əməliyyatları rahatlıqla (limitsiz) aparmaq üçün verifikasiya tələbləri olur;
  2. Birjaların fiat və ya rəqəmsal vəsaitlərin mədaxil və məxaric şərtlərini diqqətlə öyrənin. Mübadilə və köçürmə üzrə komissiya xərclərini qabaqcdan hesablayın. Birjaların hansı elektron-ödəniş sistemləri (ADVCash, Perfect Money, Payeer, OKPay və s.) ilə əməkdaşlıq etdiyini müəyyənləşdirin və onlarda da qeydiyyatdan keçin. Çünki bir çox birjalarda fiat pullarla məxaric yalnız həmin elektron-ödəniş sistemləri ilə mümkün olur. Bəzən birjalar ödəniş sistemlərinə komissiyasız məxaric etməyə imkan yaradırlar. Misal üçün Exmo birjasından AdvCash-ə məxaric edərkən komissiya tutulmur;
  3. Arbitraj zamanı istifadə edəcəyiniz məbləği qabaqcadan müəyyənləşdirin. Bu zaman adi birja ticarətindən fərqli olaraq dövriyyə üçün daha əhəmiyyətli kapital lazım olacaq. İdealda bir əməliyyat dövrünün (kripto aktivin alınması – digər birjaya köçürülməsi – kripto aktivin satılması) gəliri ümumi komissiya xərclərindən 2-3 dəfə çox olmalıdır;
  4. Qiymətlərin dinamikasını öyrənin və əməliyyatlar apararkən sərbli olmağa çalışın. Çünki qısa zamanda birjada qiymətlər kəskin enə və ya qalxa bilər. Bu zaman arbitraj etməyə tələsmək olmaz. Arbitraj üçün ən ideal mühit bazarda maksimal dərəcədə sakitliyin olmasıdır.

    1520290691Odur ki, kriptovalyuta arbitrajında qazanmaq istəyirsinizsə gündəlik bu sektora aid xəbərləri izləyin və birjaların bu xəbərlərə necə reaksiya verdiyini müşahidə edin. Kriptovalyutaların məzənnələrindəki fərqlər haqqında məlumatları birjların rəsmi saytlarında, müxtəlif məlumat servisləri (CoinMarketCup, Bitinfocharts, Bitcoinity) və mobil tətbiqlərdə (zTrader, TabTrader) baxmaq olar. Ümid edirəm ki, yuxarda qeyd etdiyim məlumatlar gələcəkdə sizə hər hansı bir formada gərəkli olacaq. Uğurlar!

 

Elnur Quliyev

Crypto Consulting

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma