İncəsənətdə bitcoin ilə qazanmağın yeni üsulu

    25039521_1516605298453199_5744287732109148160_n  PBoy ləqəbli fransalı küçə rəssamı Pascal Boyart çəkdiyi rəsmi ilə özünə diqqət çəkərək Reddit-də ən çox müzakirə olunan “top 5”-ə düşməyi bacarb. Rəssam küçədə çəkdiyi rəsm əsərinə tamaşaçılardan minnətdarlıq əlaməti olaraq bitkoinlə ödəniş etmək üçün QR kod əlavə etmişdir. Reddit istifadəçiləri rəssamın bu bacarığını yüksək qiymətləndiriblər.

     Bitkoin rəssamın əsərlərində yalnız yaradıcılıq mövzusu deyil, həm də mənfəət əldə edə biləcəyi bir üsula döndü. Pascal Boyart məşhur rəssam Rembrandtın – hansı ki, istedadına baxmayaraq həyatı maliyyə çətinlikləri ilə keçib, şəklini çəkməklə diqqəti incəsənətin maliyyələşdirilməsinə yönəltmək istəyib və bu problemin həlli üçün əyləncəli üsul təqdib edib. Çəkdiyi şəkillərə QR kod əlavə etməklə rəssam tamaşaçılardan bitkoin şəklində qazanc əldə etməyi bacarıb.

Pascal Boyart: “Rəsm əsərinə bitkoin cüzdanının QR kodunu ilk dəfə 2017-ci ilin noyabr ayında təsvir etdim. Mən “atasından pulun nə olduğunu soruşan üşaq” şəklini çədim və həmin şəkilə QR kod əlavə etdim. Dəqiq bilmirəm bunu məndən qabaq edən olmuşdu ya yox amma mən yoxlamaq istəyirdim ki, insanlar öz ianələri ilə küçə rəssamlarını dəstəkləyəcəklərmi. Bunu Andreas Antonopoulosun “Pulların İnterneti” (The Internet of Money)  kitabına hörmət əlaməti olaraq etdim”.

DcLpRFoUQAEaxJ_-e1525875162859

Pascal Boyart ilk dəfə bitkoin haqqında 2014-cü ildə eşitmişdi lakin ona 3 il lazım oldu ki, bu texnologiyanı öz sənətində istifadə etsin. Bu usulla rəssam özünün küçədə çəkdiyi rəsm əsərlərindən 0.11 BTC (təqribən 900 dollar) cəlb edə bilib.

    Pascal Boyart:”Mən əvvəllər tam anlamırdım, yeni Pay Pall olduğunu düşünürdüm. Lakin 2017-ci ilin may ayında pulların yeni konsepsiyası məni ilhamlandırdı. Yeni texnologiyanın rəssamlar üçün tətbiqi üsulları barədə düşünürdüm və hesab edirəm ki, hardasa buna nail oldum. Bu üsul müstəqil rəssamları müxtəlif vasitəçilərdəndən və qalereyalardan azad edə bilər”

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply