Florida ştatının vergi orqanı BitPay ödəniş sistemi ilə əməkdaşlıq edəcək və vətəndaşların müxtəlif xidmətlərə görə bitkoinlə ödənişini təmin edəcək. Dövlət orqanının nüməyəndəsi olan Joel Grinberq-in sözlərinə görə vətəndaşlar kriptovalyutalarla əmlak vergisi ödəyə biləcək, həmçinin sürücülük vəsiqəsi, avtomobil nömrələri və şəxsiyyət vəsiqəsi verilməsinə görə ödənişlər etmək imkanı əldə edəcəklər.
Tənzimləyici orqanın ödəmə vasitəsi kimi kriptovalyutanı qəbul etməyə qərar verməsinə əsas səbəbi komissiyaların ödənişini sadələşdirmək, fırıldaqçılıq və şəxsi məlumatların oğurlanması ehtimalı azaltmaq, həmçinin ödənişlərin şəffaflığı və düzgünlüyünü artırmaqdır.
Joel Grinberg: “Mənim vəzifəmin əsas məqsədi xidmətimizi daha sürətli, optimal və effektiv hala gətirməkdir. Həmçinin dövlət xidmətlərini 18-ci əsrdən 21-ci əsrə daşımaqdır. Bu məqsədə nail olmaq üçün üsullardan biri də kriptovalyutlar ilə ödəniş imkanını yaratmaqdır”
BitPay üçün bu əməkdaşlıq bir dövlət qurumu ilə ilk təcrübədir. Risklərə nəzarət departamentinin rəhbəri Jeremy Bodry: “Biz kripto-sənayeyə ilk dəfədir ki, dövlət strukturunu cəlb etmişik və kriptovalyutaların qəbul edilməsi prosesləri daha sadə, ödənişləri isə daha ucuz və təhlükəsiz edəcək”
Elnur Quliyev
Crypto Consulting