Bitcoin Pizza Day – 22 May

 33082986_10156393243304731_6476965357025230848_n Amerikanının Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə ilk dəfə olaraq bitcoin ilə pizza alaraq tarixə düşməyi bacarıb. Laszlo 2010-cu il mayın 21-i Bitcointalk forumunda ona 2 pizza sifariş edənə 10.000 bitkoin göndərəcəyini təklif edir. Həmin vaxt 1 bitcoin təqribən 0.003 dollara bərabər idi. Bir gün sonra yəni mayın 22-si Laszlo 2 pizza qarşılığında Jercos adlı istifadəçiyə 10.000 BTC göndərdiyini elan etdi və bu hadisə tarixdə bitcoin ilə ilk sövdələşmə kimi düşdü. Alışdan 2 ay sonra 10.000 BTC-nin qiyməti 600 dollar, 2010-cu ilin sonunda isə artıq 2400 dollar idi. Laszlo Hanyecz 8 ildən sonra 60 dollarlıq 2 ədəd pizza qarşılığında cəmi 0.00649 BTC ödəyərək alıb və bunu sosial şəbəkədə paylaşıb. Hazırda isə 10.000 BTC-nin 93 milyon dollar dəyəri var və bitcoin ilə 2010-cu ildəki ilk sövdələşmə tarixdə “ən bahalı pizza” kimi düşdü.

      Bu hadisədən sonra dünya üzrə bitcoin sevənlər və ümumiyyətlə kriptoentuziastlar hər il 22 may tarixində “Pizza Day” təşkil edərək görüşlər keçirirlər. Azərbaycan da bu hədisə ilk dəfə olaraq bu il qeyd ediləcək. Blockchain Azərbaycan Mərkəzi-nin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Bitcoin Pizza Day Baku” tədbiri keçiriləcək.

DQmNgFnkSwuFc667mv4dwokHXs4EfhFpuFRSWGsye8YFGNi

Leave a Reply