Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

    Kriptovalyutalar hər nə qədər sürətlə populyarlaşsa da son aylarda rəqəmsal valyuta ilə bağlı neqativ məlumatların çoxladığını da müşahidə etmək mümkündür.

32472102_599108510445242_8536413505580957696_n   Bəs görəsən hazırda bu sektorda nələr baş verir? Vətəndaşlar aldanmamaq və “kriptotələyə” düşməmək üçün nə etməlidir? Bu sahədə baş verənlərlə bağlı daha ətraflı yeni yaranmış Blockchain Azərbaycan Mərkəzinin həmtəsisçisi, Kriptoinvest.az və Crypto Consulting şirkətinin direktoru Elnur Quliyev ilə söhbət etdik.

Müsahibəni təqdim edirik:

  • Son dövrlərdə kriptovalyutaların kurslarında çox ciddi dəyişikliklər baş verir. Hətta bildirirlər ki, artıq kriptovalyutaların sonu çatıb. Kursun bu cür sürətli dəyişikliyi nə ilə əlaqədardır?

– Öncə onu qeyd edim ki, kriptovalyutanın qiymətinə təsir edən əsas göstərici bazarda tələb və təklif amilidi. Bazarda tələb varsa qiymət də yüksək olacaq və ya əksinə. Tələb isə o zaman yaranır ki, investorlar arasında kriptovalyutaya maraq və inam artır. Hesab edirəm ki, qiymətlərdəki kəskin dəyişikliklərin baş verməsinin əsas səbəbi insanların kriptovalyutaların gələcəyi ilə bağlı gözləntilərini bilməmələridir. Məlumdur ki, kriptovalyuta bazarında qiymətlər hər hansı mərkəzi orqan tərəfindən tənzimlənmir. İctimai mətbuatda kriptovalyutalar barədə dərc edilən istənilən müsbət və ya neqativ xəbərlər birbaşa olaraq kriptovalyuta bazarındakı qiymətlərə təsir edir. Belə xəbərlərə misal olaraq ölkələrin kriptovalyutalarla bağlı siyasəti, beynəlxalq tənzimləyici orqanların açıqlamaları, kripto-birjalara tətbiq olunan tənzimləmə metodları, ictimai şəxslər və ya məşhur maliyyə qurumlarının rəhbərlərinin açıqlamaları, kripto sənayədə baş verən yeniliklər və rəqəmsal valyutaların tətbiqi ilə bağlı anonslar və s kimi xəbərləri göstərmək olar. Bəzən xəbərlər spekulyativ xarakter daşıyır və müyyən qruplar da var ki, bundan məharətlə isitifadə edib kriptovalyutaların məzənnəsinin dəyişməsində qazanırlar.

  • Sualı daha kəskin qoymaq istərdik. Necə düşünürsünüz, kriptovalyutalar fiat pulları əvəz edə biləcəkmi və yaxın gələcəkdə qiymətlər necə olacaq?

– Kriptovalyutaların fiat pulları əvəz etməyi barədə danışmaq hələ ki, çox tezdir. Deyərdim ki, kriptovalyutalar hazırda ilkin inkişaf mərhələsindədir və yaxın gələcəkdə fiat pulları əvəz etmək kimi iddiası yoxdur. Bunun üçün müyyən qanunvericilik aktlarının qəbul ediəsi vacib şərtdir. 15Dövlətlər isə bu baxımdan hələ ki, tələsmirlər və yeni texnologiyanın imkanları araşdırılır. Hazırda yalnız Yaponiya ölkə daxilində bitcoin-i rəsmən ödəniş vasitəsi kimi qəbul edib. Bəzi ölklər isə özlərinin milli kriptovalyutalarının yaradılmasının daha effektli olacağını düşünür. Kriptovalyuta bazarında hazırda 2000-dən çox koin, tokenlər var və onların da 85%-nin gələcəyi olduqca böyük şübhə doğurur. Lakin prespektivi olan kriptovalyutalar da az deyil. Hesab edirəm ki, 2018-ci ilin sonuncu rübündə kriptovalyutalarla bağlı maraqlı yeniliklərin şahidi olacayıq. Bu zaman əsas diqqət təbii ki, bitcoin üzərində olacaq. Onun qiymətinin dəyişməsi digər rəqəmsal aktivlərin dəyərinə böyük təsiri olacaq. Ehtimal edirəm ki, bitkoinin qiymətində kəskin enmə müşahidə olunsun lakin inanmıram ki, bu zaman qiymət onun maya dəyərindən (təqribən 3000 dollar) aşağı olsun. Qiymət dəyişməsi əsasən dövlətlərin, beynəlxalq maliyyə tənzimləyicilərin və real sektorda fəaliyyət göstərən iri korporativ şirkətlərin mövqeyindən aslıdır. Həmçinin qiymətlərə bir mühüm faktor da təsir edir ki, bu rəqəmsal aktivlərin birjdan kənar (OTC) ticarətidir. Məlumunuz olsun ki, hazırda kriptovalyuta bazarının iri “oyunçular”-ı böyük həcmdə olan alqı-satqı əməliyyatlarını birjadan kənar qaydada həyata keçirməyi üstün tuturlar və onlar ümumi bazarda çox böyük monipulyasiya imkanlarına malikdirlər.

  • Hazırda kriptovalyuta bazarında durumu necə dəyərləndirirsiniz? Hansı tendensiya üstünlük təşkil edir?

– Aprel ayının əvvəlindən başlayaraq kriptovalyuta bazarında bir canlama yaranıb. İnvestorların kriptovalyutaların gələcəyinə inamının artması müşahidə olunur. Buna bir növ təkan verən səbəblərdən biri kimi iri maliyyə qurumlarının rəhbərlərinin rəqəmsal valyutların müəyyən tənzimləmələrdən sonra gələcəyinin müsbətə doğru istiqamətlənəcəyi barədə açıqlamaları təsir etdi. 23.thumbdsfsfg Misal olaraq Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və bir sıra maliyyə qurumlarının rəhbərlərinin müəyyən tənizmləmələrdən sonra kriptovalya bazarına girmək niyyətlərinin olması ilə bağlı açıqlamalarını göstərmək olar. Bu tip açıqlamalar korporativ investorlar üçün çox önəmlidir və tendensiya onu göstərir ki, 2018-ci ildə kriptovalyuta bazarı 2017-ci ildəki kimi ajotajlı artım olmayacaq. Hətta qiymətlərin enməsi də istisna deyil. Çünki tənzimləmə xəbərinin özü belə bir çox spekulyativ investisiyaların bazardan çıxmasını təmin edəcək və bu zaman çox güman ki, qiymətlərin enməsi ilə nəticələnəcək. Hesab edirəm ki, qiymətlərin növbəti artımını 2019-cu ilin iyul ayından sonra müşahidə edəcəyik.

Nəzərə almaq lazmdır ki, hazırda iri investorların kriptovalyuta bazarına girməsini gecikdirən əsas faktor beynəlxalaq və ya lokal səviyyədə tənzimləmə mexanizmlərinin olmamasıdır. Çoxları düşünür ki, hər hansı tənzimləmələrin olması bazar neqativ təsir göstərəcək. Əksinə! Mən hesab edirəm ki, kriptovaltuya bazarının tənzimlənməsi bazara uzunmüddətli mövqedə effektiv təsirini göstərəcək və investorların güvənini təmin edəcək.

  • İndi daha çox hansı kriptovalyutalar populyardı? Birjalarında alqı-satqı etmək üçün kriptovalyutnı seçərkən hansı kriteriyalara diqqət etmək lazımdır?

001431Hazırda bitcoin ən populyar rəqəmsal aktiv statusunu saxlamaqdadır. Bunun əsas səbəbi odur ki, bitcoin digərləri ilə müqaisədə mübadilə və tətbiqi imkanları daha çoxdu. Ümumilikdə baxdıqda isə “Top 20”-də olan altkoinlər kifayət qədər populyarlıq qazanıb və bunu onların bazar kapitalizasiyası üzrə göstəricilərinə əsasən müşahidə etmək mümkündür. Birjalarda uğurlu ticarət etmək üçün düzgün kriptovalyuta çütlüyünü seçməniz çox önəmlidir. Bu baxımdan kriptovalyuta seçərkən əsəs diqqət etməli kriteriyalar bunlardır: kriptovalyutanın ümumi emissya sayı, qiyməti, gündəlik ticarət dövriyyəsi, kapitalizasiyası, ticarət olunduğu birjaların sayı, qiymətin volatilliyi.

  • Siz necə düşünürsünüz, Azərbaycanda kriptovalyuta ödəniş vasitəsi olaraq qəbul edilə bilərmi? Məsələn, yaxın günlərdə hansısa kafenin bitcoin-lə ödəniş qəbul edəcəyini, banklarda bitkoinin dollara və ya manata dəyişilməsini gözləmək olarmı?

– Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 3 ildə kriptovalyutalarla hər hansı əməliyyat mümkün olmayacaq. Bunun üçün ilk növbədə insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutaların istifadəsi mümkündür.

001    Ölkəmizdə insanlar daha çox nəğd pulun istifadəsini üstün tutduqları üçün hələ ki, rəqəmsal valyutalardan istifadəyə psixoloji hazır deyil. Buna baxmayaraq hazırda bitcoin və digər kriptovalyutalar barədə ciddi araşdırma apararaq real investisya qoymaq istəyənlərin sayı da durmadan artmaqdadır. Lakin hələlik yalnız həvəskar investorlardan söhbət gedə bilər. Nə qədər ki, ölkəmizdə kriptovalyutalara rəsmən hüquqi qiymət verilməyib kriptovalyuta bazarının inkişafı sual altında olacaq. Çünki yerli kripto-birjalar və ya mübadilə məntəqələrinin yaranması üçün hüquqi bazanın olması mütləqdir.

  • İlkin dövrlərdə kriptovalyutalara, əsasəndə bitcoin-ə “maliyyə piramidası” kimi yanaşırdılar. İndi vəziyyət necədi? Piramidanı real kriptovalyutadan necə fərqləndirmək olar?

001621– Kriptovalyutalara münasibət onların yarandığı dövürdən indiyə qədər birmənalı olmayıb. Xüsusilə bitcoin-in məşhurlaşdığı andan başlayaraq indiyə kimi onu piramida, köpük, hava balonu adlandıranlar da kifayət qədərdi. Onların arasında məşhur iqtisadçıları, maliyyə qurumlarının rəhbərlərini və ümumiyyətlə iqtisadi və innovativ texnologiyalar sahəsində biliyi olmayan “ekspert”ləri də görmək mümkündür.

Təhlil üçün piramida və bitcoin-in bəzi əsas xüsusiyyətlərini bir neçə faktorları nəzərdən keçirərək müqaisə edək:

İdarəetmə faktoru: Piramida mərkəzi idarəetmə sistemi olan bir şirkət tərəfindən idarə olunur və şərtləri yalnız o diktə edir. Həmin şirkətin hər hansı bir səbəbdən yoxa çıxması və ya iflas etməsi investorların vəsaitlərinin itirilməsi ilə nəticələnəcək. Bitkoin isə blokçeyn texnologiyasına əsaslanıb və mərkəzi idarəetmə orqanı yoxdu.

Əmtəə faktoru: Piramidada adətən konkret əmtəə olmur, olsa da həmin əmtəənin sayı ilə bağlı heç bir limit və ya məhdudiyyət yoxdur. Həmçinin bu əmtənin piramida xaricində bazar dəyəri olmur. Bitcoin isə özü bir məhsuldur və mayninq nəticəsində ümumi şəbəkədə əldə edilir. Emisiya sayı limitlidir və nəticədə ümumi say 21 milyon təşkil edəcək. Bitcoin-lə əmtəə və ya xidmət müqabilində hesablaşmaq, həmçinin real valyutalara mübadilə etmək mümkündür.

Gəlirlilik faktoru: Piramidalarda mənfəət yalnız yeni investorların pulları ilə təmin edilir. Yəni ödəmə almaq üçün piramida qanunlarına əsasən mütləq şəkildə yeni investorlar cəlb edilməlidir. Bitcoin yaradılarkən ilkin olaraq investiya aləti kimi nəzərdə tutulmamışdı və gəlirliyi yalnız kriptovalyuta bazarında tələb və təklif əsasında formalaşır. Hazırda bazarda bitcoin-ə tələb artan trend üzrə gedir ki, bu da öz növbəsində bitcoin-in qiymətinin artmasını təmin edir.

Şəbəkə marketinqi faktoru: Piramida şirkətlərinin mövcudluğunun əsas şərtlərindən biri də şəbəkə marketinqidir. Bu zaman yeni investorların cəlb edilməsi sayəsində daha əvvəlki iştirakçılara bonuslar paylanır və beləliklə mənfəətin əldə olunması kimi saxta təəssurat yaradılır. Bitkoinə gəldikdə isə burada şəbəkə marketinqi və ya investor cəlbinə görə bonus verilməsi deyə bir anlayış yoxdur. Yəni siz bitcoin alarkən heç kim sizə görə birbaşa qazanc əldə etmir.

  • Kriptovalyuta birjaları ənənəvi birjalardan nə ilə fərqlənir? Kriptovalyuta birjalarının iş prinsipi necə qurulub?

ac1222dc4587f94    Birja – alıcı və satıcıların sövdələşdiyi yerdir. Faktiki olaraq bir çox hallarda birjalarda sövdələşmələr birbaşa alıcı və satıcıların iştirakı olmadan onların vasitəçiləri tərəfindən aparılır. Birjanı bildiyimiz bazarla müqaisə etmək olmaz, çünki bazarda satıcıda malların mövcudluğunu görmək mümkündü və alqı-satqı adətən vasitəçilərsiz aparılır. Birjalarda isə alqı-satqı zamanı malın özünün fiziki olması mütləq deyil. Birjalar qabaqcadan müəyyən edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərən yaxşı təşkil olunmuş bir strukturdu. Hazırda növlərinə görə əmtəə, valyuta, fond və fyuçers birjaları var. Bir qayda olaraq birjların fəaliyyətinə dövlətin tənzimləyici orqanları nəzarət edir. Kriptovalyuta birjalarında isə hər hansı ümumi qəbul edilmiş tənzimləmə mexanizmləri yoxdu. Kriptovalyuta birjaları struktur, mübadilə imkanları, birja iştirakçılarına qoyulan tələblər və fəaliyyət aspektləri baxımından ənənəvi birjalardan fərqlənir. Önəmli faktorlardan biri də odur ki, siz ənənəvi birjalardan səhm və ya digər aktivlərin alqı-satqısı zamanı mütləq şəkildə broker və ya digər üçüncü tərəfinin xidmətində istifadə etməyə məcbursunuz. Kriptobirjalarda isə yalnız rəqəmsal aktivlər mübadilə olunur və özünüz vasitəçi olmadan iştirak edib əməliyyat apara bilərsiniz. Kriptovalyuta birjalarının iş prinsipi olduqca sadədir və bir neçə mərhələdən ibarətdir:

Qeydiyyatdan keçmək. Qeydiyyat proseduru adi saytlardakı kimi sadədir.

Ticarət və ya mübadilə üçün elektron pulların mədaxil edilməsi. Bu zaman heç bir komissiya tutulmur. Bəzi hallarda birjaya mədaxil yalnız kriptovalyutalar ilə mümkün olur. Məxaric zamanı tutulan komissiya isə məxaric edilmə formasında aslı olaraq 0-4.5% aralığında dəyişir.

Alqı-satqı sifarişinin (order) yaradılması. Bu zaman istifadəçi özü kriptovalyutanı hansı qiymətə alacağını və ya satacağını müəyyən edir. Müvafiq əməliyyat başa çatdıqdan sonra istifadəçi aktivlərini birja hesabında saxlaya və ya digər elektron hesablarına köçürə bilər. Kriptovalyuta birjasında hər tip insana rast gəlmək olar: treyder, mayner, investor və ya adı istifadəçi hansı ki, yalnız rəqəmsal aktivini mübadilə etmək istəyir. Bu insanlar birjalarda yalnız iki məqsəd üçün istifadə edirlər: mübadilə etmək və qazanmaq.

  • Bu sual da Xeberler.az oxucuları üçün maraqlıdır: tutaq ki, adi vətəndaş kriptovaltyuta almaq istəyir. O, nə etməlidir? Kriptovalyutası olan lazım gəldikdə onu adi işlətdiyimzi fiat pullara necə çevirə bilər?

-Kriptovalyutanın ən rahat almaq üsulu 24xbtc.com, xchange.cash, 24paybank.org ychanger.net, prostocash.com, bestchange.ru, 365cash.co, bankcomat.com, kurs.expert və s. kimi beynəlxalq onlayn-mübadilə saytlarında ADVCash, Perfect Money, Payeer, WebMoney, ePayments, Яндекс.Деньги, Capitalist, OKPay, Qiwi kimi məşhur beynəlxalq elektron cüzdanlarda qabaqcdan qeydiyyatdan keçməklə mübadilə əməliyyatlarını apara bilərsiz. 11 Beynəlxalq elektron cüzdanlarına valyuta mədaxil etmək üçün iki üsul var: bank köçürməsi və MasterCard/Visa kartları ilə. Azərbaycanda mövcud qanunvericiliyə əsasən fiziki şəxslər hüquqi şəxslərə (birja və elektron cüzdanlar) birbaşa bank köçürməsi edə bilmir. Odur ki, balans artırılması yalnız beynəlxalq kartlar vasitəsilə mümkündür. Lakin bu zaman nəzərə almalısınız ki, elektron cüzdanlardakı balansı artırmaq üçün sizin əlavə komissiya xərcləriniz çıxacaq. Nəzərə alın ki, 01.01.2017 tarixdən etibarən beynəlxalq elektron cüzdanlar və kripto-birja hesablarına yerli bankların verdiyi Master/Visa kartları ilə valyuta mədaxil etdikdə ümumilkdə sizdən 18% vergi tutulacaq. Üstəgəl mübadilə saytlarının öz komissya xərcləri.

İkinci ən opulyar alış üsulu isə kriptovalyutanı birjadan almaqdır. Sadəcə bunun üçün müyyən bilikləriniz olmalıdır. Birjaların mədaxil-məxaric şərtləri, komissiyalar və qeydiyyat zamanı verifikasiya tələbləri barədə qabaqcadan məlumatınız olmalıdır. Çünki birjada əməliyyat zamanı istənilən ehtiyyatsız əməliyyat rəqəmsal aktivlərinizin birdəfəlik itirilməsinə səbəb ola bilər.

    14.jpg Kriptovalyatının nağd pula çevirməyin 4 əsas üsulu var: birjalar, mübadilə servisləri, bitcoin ATM-lər və fiziki şəxlərin köməyi (əldən) ilə. Birja və ya mübadilə servislərində rəqəmsal aktivlərinizi fiat pullara çevirdikdən sonra onları nağdlaşdırmaq üçün şəxsi Visa/Master kartlarına göndərə bilərsiniz. Nəzərə alın ki, elektron cüzdanların demək olar ki, hər birinin öz ödəniş kartları var və 8-10 dollar müqabilində sifariş verib yaşadığınız ölkədə nəğdləşdirmək üçün istifadə edə bilərsiniz. Həmçinin hazırda geniş istifadə olunan populyar Cex.io birjasından rəqəmsal vəsaitlərinizi birbaşa yerli bankların verdiyi şəxsi plastik kartlarınaza göndərə bilərsiniz. Lakin nəzərə alın ki, bu proses 3-7 gün çəkə bilər.  Bəzi ölkələrdə isə kriptovalyutaların nəğdləşdirməsini xüsusi bankomatlarda etmək mümkündür və bu proses bir neçə dəqiqə ərzində baş verir. Bitkoin ATM-lərin sayı və yerləşdiyi ərazilər üzrə məlumatları coinatmradar.com-da əldə etmək mümkündür.

  • Adi vətəndaş kriptovalyuta birjasını seçəndə nəyə diqqət etməlidir? Son zamanlar bu cür birjalara hücumların olduğu, insanların xeyli vəsaitlər itirdiyi bildirilir. Siz hansısa dayanıqlı, etibarlı birjaları tövsiyyə edə bilərdinizmi?

8899.jpgBirja seçərkən mütləq şəkildə nəzərə almalı olduğunuz faktorlar var. Bunlar birjanın reputasiyası, mübadilə olunan valyuta cütlüklərinin sayı, gündəlik ticarət dövriyyəsi, mədaxil və məxaric şərtləri, komissyalar, təhlükəsizlik və verifikasiya tələbləri, coğrafi mövqe və s. Birjalar yuxarıda sadaladığım faktorlardan əlavə əlverişli interfeys, çox funksionallıq və etibarlılığına görə bir birindən fərqlənirlər və bu xüsusiyyətlərinə görə də istifadəçi bazası cəlb edirlər. Hazırda Bittrex, Bitfinex, Binance, Poloniex, Kraken, Cex.io nisbətən etibarlı birjalar hesab olunur. Lakin risk həmişə var və heç bir birja bundan sigortalanmayıb.

Kriptobirjaların xidmətindən istifadə edən investorlar üçün 3 əsas riski qeyd etmək istərdim: birjanın iflası, birjaya xaker hücumu və birja inzibatçılarının fırıldaqçılığı. Odur ki, alqı-satqı və ya hər hansı mübadilə əməliyyatı etdikdən sonra vəsaitlərinizi uzunmüddətli mövqedə bir birjada saxlamayın. Rəqəmsal vəsitlərinizi ya bir neçə birjada ya da nisbətən təhlükəsiz hesab edilən elektron cüzdanlarda saxlayın.

  • Son dövrlərdə kriptovalyutalar daha bir məhdudiyyətlə qarşılaşdılar. Bəzi qlobal resurslar Facebook, Twitter, Google kriptovalyuta və İCO layihələrin reklamlarını qadağan ediblər. Sizcə bu, kriptovalyuta bazarına necə təsir edib? Bu tendensiya necə dəyişə bilər, investorları bu sahədən uzaqlaşdrıa bilərmi?

– Qadağalar təbii ki, kriptovalyuta bazarına öz mənfi təsirini göstərdi və bu gözlənilən idi. Mən hətta qeyd edərdim ki, qadağa barədə ilk xəbərlər belə öz effektini bazarda hiss elətdirdi. Məlumdur ki, müyyən qrup insanlar bazara fırıldaqçılıq məqsədi ilə İCO və ya kriptovalyutalar çıxararaq onları aktiv reklam etməklə investisiya cəlb etməyi bacardılar. Əslində bu proses indi də davam edir. Nəticədə bu sektorda hələ kifayət qədər qiymətləndirmə bacarığı olmayan qeyri-peşəkar investorlar reklam və yalan vədlərə aldanaraq pullarını itirdilər. Sosial şəbəklər isə öz istifadəçilərinin maraqlarını qorumaq məqsədi ilə məsələni kökündən həll etmək üçün bu tip reklamları tamamilə qadağan etməyi qərara aldılar. Lakin buna baxmayaraq kriptovalyuta bazarında bir müsbət tendensiya yarandı – bazardan spekulyativ investisiyalar sürətlə çıxmağa başladı və tədricən onların əvəzinə nisbətən təcrübəli investorlar daxil oldu.

Elnur Quliyev meqale    Düşünürəm ki, reklam qadağaları kriptovalyuta bazarına qisamüddətli prespektivdə neqativ təsir etsə də gələcəkdə bu qadağanın müsbət təsrini görəcəyik. Səbəbin qısa izah edim. Reklam qadağası ilk növbədə fırıldaqçı proyektlərə öz təsirini göstərəcək, hansı ki, yalnız aktiv reklamlar sayəsində geniş auditoriya qazanmaq potensialı var. Üstəlik nəzərə alın ki, top 10-luqda olan kriptovalyutalar, birjalar, onlayn-mübadilə saytlarının aktiv reklamlara ehtiyacı yoxdu. Onlar onsuzda tanınır və qisamüddətli qiymət enməsinə tab gətirə bilirlər. Bazarda vəziyyət normallaşan kimi əvvəlki mövqelərini rahatlıqla geri qaytarma gücünə malikdirlər.

  • Kriptovalyutalara investisiya etmək istəyənlər üçün nə məsləhət görürsunuz?

-Hesab edirəm ki, kriptovalyutalar investisiya instrumenti kimi uzunmüddətli mövqedə ən yüksək marjalı investiyalardan biri olacaq. Necə ki, son iki ilin təcrübəsində biz bunun şahidi olduq. Təbii ki, sektor üzrə risklər yüksəkdir və real proqnoz vermək çox çətindir. Bu səbəbdən investisiya etməzdən əvvəl bu sektoru öyrənin, müstəqil araşdırmalar aparın və ya risklərinizi minimallaşdırmaq üçün özünüzdən daha təcrübəli ekspertlərlə məsləhətləşin. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə və bu sektorda real təcrübəniz yoxdrsa o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin.

 

Инвестиции в криптовалюту – в разумных пределах

Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018

 

Mənbə: xəbərlər.az

3 comments

  1. Salam Aleykum, Neyaxşiki sizi kimi kriptointuziastlar var🤗 1il busahedeyeem sade bir kriptointuziastam, telegramda xeber portalı acmışam komyunitini boyudmeye. Müeyyen xeberleri azerbaycanda elde etmeye cetinniy olır.sizinkimi kriptointuziastala bizim ehtiyacimiz var. Destek olmasizda yenede neeyaxşıkı siz varsız. Haqquvuzu hallal edin

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma