Tbilisidə iyunun 20-də Gürcüstanın əsas kripto-tədbiri – “Blockchain & Bitcoin Conference Georgia 2018″ keçiriləcək. Konfrans şəhərin mərkəzində yerləşən Radisson “Blu Iveria Hotel”-də keçiriləcək Konfransın mövzuları: Mədənçilik, ICO-kampaniyaları, dövlət tənzimlənməsi və GovTech. Təşkilatçı Smile-Expo, hansı ki, artıq 20 ölkədə bu tip tədbirlər keçirib.
Konfransın əsas vəzifəsi hər bir iştirakçıya Gürcüstanda kripto-biznesin geniş konsepsiyasını (mayninq fermanın yaradılmasından uğurlu İCO layihənin keçirliməsinə qədər) təqdim etməkdir. Tədbirin əsas tərəfdaşları Gürcüstanın Blokçeyn sənayesinin təsisçiləri: Blockchain Georgia, Bitcoin Embassy Georgia və Blockchain Systems Institute. Bu təşkilatlar ölkədə blokçeyn və rəqəmsal aktivlərin populyarlaşmasında böyük rol oynayıb. Konfransda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna, Belarus, Almaniya, Belçika, ABŞ-dan 300-dən çox nümayəndənin iştirakı gözlənilir.
Elnur Quliyev