Yaponiyadan anonim kriptovalyutalara qadağa

     Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) iyunun 18-dən etibarən yüksək dərəcəli anonim kriptovalyutalara qadağa qoyulduğunu elan etdi. Qadağa altında Monero (XMR), Dash (DASH), Augur (REP) və ZCash (ZEC) düşür.

  monero-zcash-dash  Anonim kriptovalyutalarının daha populyar olmasına baxmayaraq, Yaponiyanın maliyyə tənzimləyicisi olan FSA, anonim tranzaksiyalar mümkün olan bütün kriptovalyutalara tam qadağa qoyduğunu elan etdi.  CoinDesk-in məlumatına əsasən məqsəd kriptovalyuta bazarında qeyri-qanuni cinayətkar fəaliyyətlərlə mübarizədir. Çünki kriptovalyutaların anonimlk xüsusiyyətləri səlahiyyətli orqanlara oğurlanmış pulların hərəkətini izləmək imkanı vermir.

Xatırladım ki, Yaponiya bir il əvvəl kriptovalyutaları tənzimləməyə başlayan və bitkoini  rəsmən ödəniş vasitəsi kimi qəbul edən ilk ölkədir. Hazırda Yaponiyada yaşayan istifadəçilər bitcoin ilə ticarət əməliyyatların 60%-də yen-dən istifadə edirlər. Odur ki, FSA-nın istənilən qərarı digər ölkələrin tənzimləmə siyasətinə təsir edə bilər.

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply