May 2018: kriptovalyutalar üçün nəticələr

  cryptocurrency_mining.jpg  May ayında ən yaxşı nəticəni Bytecoin, Zilliqa və Decred göstərdi, bununla belə Cardano, Nem və Qtum isə ən böyük itkilərə məruz qaldı. Kriptovalyuta bazarı aprel ayında müəyyən uğurlar qazandıqdan sonra böyük ümidlər may ayında qoyulmuşdu lakin bu baş vermədi.

   Kriptovalyutaların ümumi kapitalizasiyası may ayında 418-dən 328 milyard dollara düşüb ki, bu da 21,5% itki deməkdir və 90 milyard dolları kripto-bazardan fiat pula geri qayıdıb. Yanvar ayından etibarən, kriptovalyuta bazarı may ayının sonunda 60% gerilədi.

   Bitcoin ayın əvvəlində 9200-dən 7,500 dollara endi. Həmçinin bitkoin üzrə ticarət dövriyyəsi də 8,5-dən 4,5 milyard dollaradək azalıb.

    Ethereum May ayında bitcoin kimi çox zərər çəkməsə də ayın əvvəlində 670-dən 560 dollara qədər endi. Bazar kapitalizasiyası isə 11 milyard dollar azalıb.

     Ripple (XRP) ayın sonunda 27% azalaraq 0.82% -dən $ 0.60-a qədər endi. Ripple şirkəti bank sisteminə yol açmağa, yeni tərəfdaşlıq əldə etməyə davam etsə də bu tədbirlər ripple-nin qiymətinə böyük təsir göstərmir.

     Bitcoin Cash 1300-dən 980-a, EOS 17-dən 12-yə, Litecoin 145-dən 117-yə, Cordano 0.34-dən 0.21-ə, Stellar 0.42-dən 0.27-yə, İOTA 1.9-dan 1.5-ə, NEO 80-dan 51-ə, Monero 235-dən 155 dolla eniş göstərdi.

 

Leave a Reply