CNN agentliyinin məlumatına əsasən Braziliyalı sahibkar Ricardo Reis ilk dəfə olaraq bitkoinlə işləyən kofe-maşın icad etdi. Onun sözlərinə görə bitkoin kofe-maşın bitkoinin tətbiqi imkanlarını və bazarın potensialını öyrənmək üçün yaradılıb. Kofe-maşın, onun elektron cüzdanına bitkoin mədaxil olunan kimi işə düşür. Cihaz QR-kodla təzhiz olunub və istifadəçilər üçün kofe müqabilində ödəniş etmək imkanı yaradır.
Ricardo R:”Mənim bitkoin tranzaksiyaları ilə işləyən kofe-maşınını yaratmaqda məqsədim öyrnmək və zövq almaqdır. Texnologiyalarla məşğuliyyət mənim hobbimdir. Mən kommersiya məhsulu yaratmağı planlaşdırmırdım sadəcə olaraq texnologiyanın imkanlarını araşdırmaq istəyirdim. Göstərmək istəyirəm ki, bitcoin “proqlamlaşdırılmış” puldur”.