SEC: Bitcoin və Eteher qiymətli kağız deyil

       ABŞ-ın Qiymətli Kağızlar və Fond Birjaları Komissiyasının (SEC) korporativ maliyyə direktoru William Hinman Yahoo Finance All Market konfransında çıxışı zamanı rəsmən bəyan etdi ki, bitkoin və Eteher qiymətli kağız deyil. Onun sözlərinə görə ethereum kriptovalyutası ilə bağlı müqavilələr qiymətli kağızlar üzrə federal qanunlarla tənzimlənmir.

William Hinman: Ethereum platforması və onun mərkəzsizləşdirilmiş xarakteri efirinin hazırki alqı-satqı təklifləri qiymətli kağızlar qismində əməliyyatlar adlandırıla bilməz”.

sec-1070x525

     Kriptovalyutalarla bağlı problemlərin həll edilməsi ilə məşğul olan qeyri-kommerisya təşkilatı olan Coin Center-in icraçı direktoru JerryBrito SEC-in bu açıqlamasını müsbət qarşıladı. JerryBrito: “Bu çox sevindirici haldır ki, “Qiymətli kağızlar haqqında qanun”-un Bitcoin və Ethereum kimi mərkəzləşdirilmiş şəbəkələrə necə tətbiq ediləcəyi barədə SEC-in yanaşması adekvatdır”.

     Xatırladım ki, SEC-in rəhbəri Jay Clayton da iyunun 6-si CNBC-yə verdiyi müsahibədə bitkoinin hər hansı dövlət valyutalarını əvəzetmə funksiyası olduğuna görə onu qiymətli kağız adlandırmağın əleyhinə olduğunu qeyd etmişdi. Jay Clayton: “Dollar, yen və ya avronu bitkoinlə dəyişdirin. Bu cür pul qiymətli kağız  ola bilməz”

 

Elnur Quliyev

Crypto Consultinğ

Leave a Reply