Birjadan kənar bitcoin-brokerlər (OTC)

     torgovlya-kriptovalyutoj-md.jpgKriptovalyutalar ilə maraqlanan və bu sektorda xəbərləri izləyən hər bir şəxs yəqin ki, “balina” terminini dəfələrlə eşidib. Bəs kriptodünyanın balınaları kimlərə deyilir? Balina – hər hansı bir kriptovalyutanın böyük bir hissəsinə sahib olan şəxsə deyilir. “Balinalar” adətən öz aralarında razılığa gələrək istədikləri vaxt bazar qiymətlərini hər hansı istiqamətdə dəyişmək imkanlarına malikdilər. Daha dəqiq desəm, bazarda iri həcmdə təklif və ya tələb yaradan kripto-balinalar qiymətə birbaşa təsir edir. Bitkoin-balinaları ilə bağlı ilk məşhur insident 2014-cü ilin oktyabr ayında qeydə alınıb. Belə ki, BearWhale ləqəbli şəxs Bitstamp birjasında 30.000 bitkoini bir dəfəyə satışa (1 btc 300 dollar idi) çıxarmışdı və nəticədə ümumi bazar qiymətlərinin müvəqqəti olsa belə aşağı düşməsinə səbəb olmuşdu.

shutterstock_1023130483-1024x535.jpg   Dünya üzrə kriptovalyuta birjalarının istifadəçilərinin sayı artsa da iri alqı-satqı əməliyyatları birjdan kənar (OTCOver the Cunter) aparılır. Birjadan kənar müqavilələr (OTC) iştirakçılar arasında birbaşa birjda iştirak etmədən bağlanılır. İnvestisiya fondları, iri korporativ müştərilər və kriptovalyuta hedj fondları birjdan kənar brokerlər vasitəsilə iri həcmli kriptovalyuta alıqı-satqı əməliyyatlarını həyata keçirirlər. Bu zaman bağlanan müqavilələrin minimal dəyəri adətən 100.000 dollardan yuxarı olur. Baxmayaraq ki, sosial şəbəkələrdə kriptovalyuta ticarətində OTC- broker xidmətlərinin göstərilməsi ilə bağlı elanların sayı artmaqda davam edir, yalnız bir neçə broker özlərini bu bazarda həqiqətən etibarlı tərəfdaş kimi tanıda bilib. “Brave New Coin” nəşri diqqəti cəlb edən bir sıra nüfuzlu bitkoin-brokerlərin siyahısını açıqlayıb:

BitStocksBritaniyanın konsaltinq şirkəti olan BitStocks 2014-cü ildə xüsusi investorlar üçün bitkoin treydinqində likvidliyin təmin olunması üçün yaradılıb. BitStocks-da sabit komissiya haqqı yoxdu və xidmət üzrə ödəniş yalnız alqı-satqı sövdələşməsinin həcmindən aslı olaraq müəyyənləşdirilir.

Circle Trade – məşhur investisiya bankı olan Goldman Sachs-ın “qanadı altında” olan Circle-nin broker bölməsidir. Circle Trade-in aylıq ticarət dövriyyəsi 2 milyar dollar təşkil edir. Business Insider-in verdiyi məlumatına əsasən iyun ayından başlayaraq “Circle Trade” investorlar üçün minimum giriş həddi 250.000-dən 500.000 dollara qədər artırıb.

Cumberland Mining – 2014-cü ildə fəaliyyətə başlayan və bitkoin-broker bazarında tanınmış liderlərdən olan DRW Holdings-in bölməsidir. Cumberland Mining asiya və avropada ofislər açan amerikan şirkətidir və iri investorlar üçün bitkoin və ya digər rəqəmsal valyutaların alqı-satqısını təmin etməklə bərabər İCO-larda da iştirak etməyə kömək edir. İnvestorlar üçün minimum giriş həddi 100.000 dollardır.

Genesis Trading – investisiya şirkəti olan Digital Currency Group-a məxsus ən məşhur bitkoin-broker hesab edilir. Genises Trading 2013-cü ildən öz xidmətini istifadəyə verib və birjadan kənar kriptovalyuta ticarəti üzrə avtoritet brokerlərdən biridir. Minimal giriş həddi 25.000 dollardır.

IBC Group – İBC investorlara daha təhlükəsiz formada öz fiat pullarını kriptovalyutalara köçürməyə kömək edir.

itBit – 2013-cü ildən fəaliyyət göstərən rəqəmsal aktivlər üzrə amirka birjasıdı. Müqavilə üzrə minimal ölçü 25 bitkoin təşkil edir və hər bir əməliyyat üçün isə 0,1% komissiya haqqı alınır.

Jump Trading – ABŞ şirkəti olaraq birjadan kənar əməliyyatlar aparmağı üstün tutan iri investorlar üçün broker xidmətini təklif edir.

bravenewcoin-7-OTC-brokers-providing-btc-liquidity-banner

    Birjadan kənar bazarlar bitkoin-brokerlərə diqqət çəkmədən iri həcmli əməliyyatlar aparmağa və “VİP” investorların ehtiyaclarını nəzərə almağa imkan verir. Hazırda birjdan kənar bitkoin almaq istəyənlər iri maynerlərə və ya “kripto balina”-lara müraciət edirlər.

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

Arb24 TV-də kriptovalyuta müzakirəsi: İyul 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018

Kriptovalyuta almaq üçün mübadilə servisləri

 

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply