İnternetdə axtardığımız hər hansı məlumatı tapmaq üçün hazırda bir neçə düyməni basmaq kifayət edir. “Google”da axtarışlarınızı daha da sürətli etmək üçün bir neçə effektiv üsulu nəzərinizə çatdırırq:
- Yaddaşınız zəifdir? Sevdiyiniz mahnının sözlərini xatırlamaq üçün «*» simvolundan istifadə edin.

- Əgər yadınızdan bir deyil, bir neçə söz çıxıbsa, birinci və sonuncu sözü yazın, onların arasında isə AROUND (unutduğunuz sözlərin təxmini sayı) yazın. Misal üçün: «Bir inci AROUND(6) o da»

- Əgər sizə müəyyən zaman ərzində baş verən hadisələr maraqlıdırsa, söz birləşməsindən sonra tarixləri yazın və onların arasında 3 nöqtə qoyun.

- Əgər siz bir geyim markasını çox bəyəndiniz və eyni tərzə malik daha bir neçə markanın saytına daxil olmaq istəyirsinizsə, saytın adını daxil etməzdən öncə «related:» şifrəsini daxil edin.

- Lazımsız terminləri axtarışdan xaric emtək üçün sözün qarşısında minus qoymağınız kifayətdir. Məsələn, siz kitab saytlarına daxil olursunuz, ancaq kitab qoxusunu sevdiyiniz üçün kitabları elektron formada yükləmək fikrində deyilsiniz.

