Londonda kriptovayutaya həsr edilmiş ilk monumnet

   Londonun mərkəzində dünyada ilk dəfə olaraq kriptovalyuta və blockchain texnologiyasına həsr edilmiş “Crypto Connection” adlı monument quraşdırılıb.

      Bürüncdən hazırlanmış abidənin müəllifi olan italiyalı heykəltaraş Federico Klapis bunu özünün də fanatı olduğu kriptovalyutaların şərəfinə yaratdığını qeyd edib. Üç ay müddətində hazırlanan monumnetdə ana bətnində əlində planşet tutmuş uşaq təsvir olunub və heykəltaraşın sözlərinə görə bu uşaq kriptovalyuta və blockcahin dövründə dünyaya gələcək yeni nəslin nümayəndəsidir. Monumentin dəyəri açıqlanmasada onun hazırlanması kriptovalyuta platforması olan Eidoo tərəfindən maliyyələşdirilib. Eidoo-nun icraçı direktoru Lars Schlichting: “Biz Londonun yaradıcı mərkəzində dünyanın ilk kriptoqrafik heykəlini təqdim etməkdən çox məmnunuq. Sürətlə inkişaf edən kriptovalyuta dünyasında biz son dərəcə cazibədar bir sənət obyekti ilə daha geniş auditoriya ilə ünsiyyət qurmağı öyrənmək istədik.”

      Monument Temza çayının cənub sahilində, “Oxo” qülləsi və BFI Southbank kinoteatrı arasında müşahidə göyərtəsində yerləşdirilib. Açılış mərasimi 15 iyunda baş tutub və iştirak edən tamaşaçılardan xahiş edilib ki, #cryptoconnection, #eidoo#cryptobaby heşteqlərindən istifadə edərək sosial şəbəklərdə öz fikirlərini bölüşsünlər.

bf75b2ba1c1cc408

 

 

 

Müəllif: Elnur Quliyev

 

 

Leave a Reply