TaTaTu Start-up-ı qapalı keçirilən İCO-da TTU tokenlərinin satışından 575 milyon dollar topladı. Hazırki tarixə qədər İCO-da ən çox investisiya toplamış üçüncü (EOS və Telegramdan sonra) proyektdir. Proyektin əsas investorları BlockTower Capital və Bacardi Limited oldu.
Maraqlı məqamlardan biri də EOS və Telegramdan fərqli olaraq TaTaTu proyektinin sosial şəbəkələrdə təbliğ edilmədən, tematik resurslarda heç bir müzakirəsi aparılmadan İCO-nun keçirilməsi oldu. Proyekt kifayət qədər böyük məbləğdə investisiya cəlb etməsinə baxmayaraq bir çox ekspertlərin mövqeləri birmənalı olmadı. Buna əsas səbəb proyektin rəsmi saytında, “white paper”-də və press-relizdə orfoqrafik səhvlərin (adətən ilkin fırıldaqçılıq əlaməti kimi qəbul olunur) olması, həmçinin “White paper”-də İCO gedişində satışa çıxarılan tokenlərin sayı və gələcəkdə əlavə token satışının planlaşdırılması barədə məlumatın verilməməsi oldu.
Elnur Quliyev