Avtomobili işə salan kimi kondisioneri yandırmayın!

     Pəncərələri bağlı olan və gün ərzində parklanan avtomobildə 400-800 mq benzol yığıla bilər. Avtomobilinizi 16 dərəcədən yuxarı temperaturda günəş altında dayanacağa qoymusunuzsa bu halda benzolun miqdari 2000-4000 mq-a çatır, yəni normadan 40 dəfə artıq. Beləliklə, pəncərələri bağlı olan maşına əyləşən insanlar normadan artıq benzol udmuş olur. Benzol toksik maddədir və böyrəkləri, sümükləri və qaraciyəri zədələyir. Orqanizm bu zəhərli maddəni çox çətinliklə xaric edir. Avtomobil istehsalçılarının istismara dair təlimatlarında deyilir ki, kondisioneri işə salmazdan avvəl pəncərəni 2 dəqiqə açıq saxlamaq lazımdır, lakin səbəbi göstərilmir və yalnız avtomobilin daha səmərəli işləyəcəyinə işarə olunur.
Tibbi səbəbləri isə bunlardır: Aparılmış tədqiqatlara əsasən kondisioner havanı soyutmağa başlamazdan əvvəl plastikdə toplanan bütün isti havanı, xərçəng yaradan benzolu xaric edir (maşında qızan plastik kütlənin iyini hiss etmək üçün vaxt lazımdır). Bu səbədən pəncərələri bir neçə dəqiqə açıq saxlamaq və zəhərli maddənin xaric olunduğuna əmin olmaq lazımdır. Avtomobili işə salan kimi kondisioneri yandırmayın!

İlk öncə pəncərələri bir neçə dəqiqə açıq saxlayın sonra kondisioneri yandırın. Benzində aşkar olunan bir çox karbohidrogen (xüsusilə benzol kimi aromatik), o cümlədən müxtəlif əlavələr kanserogen maddələrdir. Bu məlumatı paylaşmaqla siz, bir çox yaxınlarınızı və dostlarınızı təhlükəli xəstəliklərə düçar olmaqdan xilas edə bilərsiniz. 

 

Leave a Reply