Sacramento Kings – Ethereum mayninq edən ilk idman komandası

     Amerikanın basketbol komandası olan Sacramento Kings kriptovalyuta mayninq edərək bunu xeyriyyəçilik maqsədlərində istifadə edən ilk peşəkar komanda olacaq. Sacramento Kings qaradərili cəmiyyətlərə dəstək olmaq üçün təqaüd proqramı planlaşdıran “MiningForGood” xeyriyyə təşkilatını maliyyələşdirəcək. MiningForGoods fondu Sacramentoda “iş resursları” proqramının inkişafına da dəstək verəcəkdir. İmperium modeli adlanan qurğu ethereum mayninq edəcək.

Klubun sahibi Vivek Ranadive: “MiningForGood fondunun köməyi ilə biz yalnız işçi heyətin inkişafı və təlimini təşviq etmək üçün vəsait toplamırıq, biz həm də daha yaxşı şeylər üçün dəyişə biləcək məhsullar yaratmaq üçün yeni nəsil istehsalçıları həvəsləndirməyə çalışırıq”.

      Xatırladım ki, Sacramento Kings – dünyada ilk idman komadasıdır ki, ilk dəfə olaraq bilet, eləcə də klubun simvolları olan aksesuarlar üzrə ödənişləri bitkoinlə qəbul etməyə başlayıb.

 

Elnur Quliyev

Leave a Reply