Kripto qanunvericilk yarışı – Yaponiya, Koreya və Malta

      Sirr deyil ki, hazırda bəzi dövlətlər öz ölkələrinə investisiya cəlb etmək üçün kriptovalyuta və blokçeyn texnologiyaları ilə əlaqəli şirkətlər uğrunda mübarizə aparır. Bunun üçün də ən başlıca məqam qanunvericilik normativlərinin şirkətlər və dövlət üçün maksiumum əlverişli və hər iki tərəfin maraqlarına uyğun olmasıdır. Bu baxımdan Yaponiya, Malta və Cənubi Koreya timsalında nümunələri nəzərdən keçirək.

Yaponiya

    002782.jpg“Sankei” qəzetinin xəbərinə əsasən Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA), kripto-mübadilə platformalarının fəaliyyətini tənzimləyən qanunu yenidən nəzərdən keçirilməsi imkanını araşdırır. Hesabata görə agentlik (FSA) maliyyə alətləri və birjalar (FİEA) haqqında qanuna dəyişiklik etməyi qərara aldı, çünki mövcud qanunvericilik biznesin iflası zamanı investorların pullarını kifayət qədər qoruma altına almır. FİEA kripto-mübadilə şirkətlərindən müştərilərin vəsaitlərini korporativ aktvlərdən ayrı saxlamağı tələb edir. Kriptovalyutaların mübadiləsi qiymətli kağızları tənzimləyən qanunlara uyğun olaraq həyata keçirilərsə rəqəmsal valyutalar maliyyə məhsulu hesab ediləcək və beləliklə bütün müştərilərin hüquqları qorunacaqdır.

     Yaponiya 2017-ci ilin aprel ayında dərc etdiyi rəqəmsal valyuta haqqında qanunla bitkoini ölkə ərazisində rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk dövlət oldu. Yaponiya Maliyyə Xidmətləri Agentliyi kripto-mübadilə platformalarından lisenziya almağı tələb edirdi və artıq sentyabr ayında 11 lisenziya verilmişdi. FSA-nın məlumatına əsasən ölkə əhalisinin təxminən 3,5 milyonu kriptovalyutaya  sahibdir. Lakin hazırda Yaponiyada bu sektor üzrə ən böyük problem – birjalara haker hücümlarıdır. Bu səbəbdən FSA cari ilin iyun 18-dən etibarən yüksək dərəcəli anonim kriptovalyutalara qadağa qoyulduğunu elan etdi. Qadağa altında Monero (XMR), Dash (DASH), Augur (REP) və ZCash (ZEC) düşür.

Cənubi Koreya

   Thebchain.co.kr-ın məlumatına əsasən, Cənubi Koreya hökuməti kriptovalyuta müəssisələri üçün yeni təsnifatının yaradılmasını elan etdi. Yeni təsnifat sistemi çərçivəsində blokçeyn sənayesi üç kateqoriyaya bölünəcək. Bu üç kateqoriya:

  • Proqram təminatının hazırlanması və çatdırılması
  • Kompyuter proqramlaşdırılması və idarəetmə
  • Blokçeyndə veb hostinq xidməti

     Birinci kateqoriyaya oyun platformaları üçün tətbiqlər daxildir. İkincisi mayninq (mədənçilik) bağlı fəaliyyətlər daxildir. Üçüncü koteqoriyaya isə kriptovalyuta mübadilə platformaları daxildir.

Koreya hökuməti bu qərarı 160-dan çox təşkilatın tövsiyələrini nəzərə alaraq qəbul edib. Bunlara nazirliklər, regional bələdiyyələr, maliyyə şirkətləri və korporasiyalar daxildir. Təsnifat iyul ayı sonunda qüvvəyə minəcək.

Malta

        Maltanın baş naziri Cozef Muskat öz twitter hesabındakı postunda hələ may ayında yayımlanan və blokçeyn şirkətləri cəlb etmək üçün təsdiq edilmiş qanun layihələrini qəbul edildiyini təsdiqlədi.

Cozef Muskat: “Bu gün qanun layihəsi Maltanın Parlamentində oxundu və bütün parlament üzvləri yekdilliklə “lehinə” səs verdilər. Bu Maltanı blokçeyn və kriptovalyuta sahəsində lider etmək üçün qanunvericiliyin yaradılmasının son mərhələsidi. İnanırıq ki, ölkəmizdə kripto sənayenin inkişafı gələcək 4-5 il ərzində bizim maliyyə inkişafımız üçün təməl olacaq”.

      Xatırladım ki, dövriyyəsi və nüfuzuna görə ən iri kriptovaltua birjalarından biri olan Binance Malta ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

 

Elnur Quliyev

 

 

 

 

 

 

 

Leave a Reply