Ron Paul: Kriptovalyutalar dolları əvəz edəcək

    Amerikalı siyasətçi və eks konqresmen Ron Paul hesab edir ki, bir gün kriptovalyutalar dollar və digər fiat pulları əvəz edək. Onun fikrincə növbəti qlobal maliyyə böhranı yaxınlaşır və bir çox ölkələrin iqtisadiyyatı “təhlükəli maliyyə” vəziyyətindədir. Gələcək valyuta qızıl ilə dəstəklənməlidir və yalnız bu zaman böhran dövründə yeni valyuta öz stabilliyini saxlaya bilər.

ron-paul-liar_xdb22wRon Paul: “Maliyyə islahatlarının vaxtıdır. İnsanlar alternativ monetar sisteminə keçməyə artıq hazırdırlar. Artıq qızıl ilə dəstəklənən kriptovalyutaların fiat dollarların əvəz edilməsi üçün bir neçə təklif var. Bir çox ölkələr hazırda dolların dünya ehtiyat valyutası kimi istifadəsinə etriaz etməyə başlayıb”.

R.Paul həmçinin insanları Coin IRA kimi bitco-investisiyalar əsasında pensiya fondları ilə əməkdaşlıq etməyə təşviq edib. Üstəlik, prezidentlik yarışında da iştirak edən oğlu, senator Rand Paul, bitokini aktiv şəkildə dəstəkləyir.

     Xatırladım ki, Ron Paul 1988-ci ildə Amerikada prezident seçkilərində öz namizədliyini irəli sürmüşdü. Seçkidə məğlubiyyətdən 2013-cü ilə qədər Konqresin üzü olmuşdur. Hazırda Amerika Senatı nəzdində Bankçılıq Komitəsinin fəxri üzvüdür.

Elnur Quliyev

Leave a Reply