Malta şirkəti olan Palladium Bittrex birjasının dəstəyi ilə dünyada ilk dəfə olaraq İCCO (konvertasiya oluna bilən koin təklifi) keçirəcək. Palladium Maltada ilk tənzimlənən kripto-ticarət platforması yaratmağı və iyul ayının 25-də başlayan ICCO-da (Initial Convertible Coin Offering) token satışından 150 milyon dollar cəlb etməyi planlaşdırır.
Palladium-un verdiyi açıqlamaya əsasən yeni birja İCCO-dan cəlb edilən vəsaitlərin 15%-i istifadə edilməklə yaradılacaq. Digər vəsaitlər isə “bir avropa bankında nəzarət payı əldə etmək” məqsədi ilə istifadə olunacaq.
Yəqin ki, hər birinizdə sual yaranır ki, İCCO ilə İCO-nun fərqi nədir? İCCO-nun İCO-dan fərqi ondadır ki, investorlar şirkət üçün “vəsait cəlb edilməsi” mərhələsi başa çatdıqdan sonra öz tokenlərini şirkətin səhmlərinə konvertasiya edə bilərlər. İCCO şərtlərinə uyğun olaraq qabaqcadan müəyyən olunmuş vaxtdan sonra şirkətin səhmləri investorun istəyi ilə tokenlərə konvertasiya edilməsi mümkün olacaq. Faktiki Palladim -un keçirdiyi İCCO-da investorlar yalnız 3 ildən sonra bunu edə bilərlər.