Dünyanın ən stabil kriptovalyutası: Tether

      Hazırda 1500-dən çox kriptovalyuta mövcuddur lakin onların arasında Tether xüsusi yer tutur. Bəs Tether kriptovalyutasını xüsusi edən nədir? Bu barədə maksimum qısa və  sizə faydalı ola bilən məlumatları nəzərinizə çatdırmağa çalışacam.

  Tether (USDT) Tether Limited tərəfindən ABŞ dollarının virtual variantı olaraq yaradılan kriptoaktivdir. Hər bir Tether tokeni Tether Limited-in ehtiyat hesabında saxlanılan 1 ABŞ dolları ilə dəstəklənir. Rəsmi web saytı: tether.to

026-e1531570192519.png

     Tether mayninq edilmir və yalnız Tether Limited-in özü ehtiyat fondunda fiat pullarının həcminə bərabər məbləğdə buraxılır. Bu tokenlə birjalarda ticarət əməliyyatları aparmaq, saxlamaq, fiat pula dəyişmək mümkündü. Ekspertlər Tether-i saxlamaq üçün Omnilayer protokolunu dəstəkləyən (omnilayer.org saytından “Omni Wallet” yükləmək mümkündür) elektoron pul cüzdanından istifadə etməyi məsləhət görür. Həmçinin digər Holy Transaction və Ambisafe Wallet kimi etibarlı elektorn cüzdanları da mövcuddur.

   Tether Omnilayer protokoluna əsasən, Bitcoin Blockchain şəbəkəsində və ERC20 standartına görə iki müxtəlif platformada fəaliyyət göstərir. Omnilayer protokolu Blockchain şəbəkələrini bir araya gətirərək istifadəçilərin kriptovalyutalarını nominal valyutaya çevirmələrinə imkan yaradan açıq mənbəli proqram kimi təsvir olunur. Buna görə dövriyyədə olan bütün Tether-lər platformanın ehtiyat hesabındakı nominal valyutalara əsaslanır.

  tether Tether ilk dəfə 2015-ci ilin yanvar ayında Bitfinex tərəfindən inteqrasiya olundu. Bitfinex birjası Tether-i ənənəvi bank sistemi ilə qarşılıqlı əlaqə yarandığı zaman ortaya çıxan problemləri həll etmək yolu olaraq təqdim etdi. Həmin il Poloniex birjası da Tether (USDT) istifadəsinə başladı. Birjanın investorlarına əməliyyatlarını həyata keçirmək üçün rəqəmsal dollar olan Tether (USDT)-dən istifadə etmək təklif olunmuşdur. Hazırda bir çox birjalarda fiat pulların mədaxil və ya məxarici hələ də mümkün deyil.

     Dolların ticarət olunan valyuta cütlükləri arasında ən çox istifadə edilən valyuta olduğu baxmayaraq Tether Limited fiat valyutaların digər növlərinin (avro və yen) istifadəsini təmin etməyə çalışır. Bu zaman həmin valyutanın qısaldılmış adının qarşısına “T” prefeksini əlavə edilib. Hələ ki, yalnız üç valyuta üçün nəzərdə tutulub:

  • USDT tokeni – amerika dolları ekvivalenti
  • EURT tokeni – avro ekvivolenti
  • JPYT tokeni – yapon yeni ekvivolenti

      pic114723483f7ec60ba9606ea67aa59be8Hər bir Tether (USDT) 1 dollara bərabərdir və bu eyni zamanda avro, yen üçün müvafiq qiymət göstəricilərinə də aiddir. Tether-in məzənnəsi stabilliyinə görə digər kriptovalyutalardan fərqlənir. Yarandığı tarixdən indiyə qədər Tether (USDT) məzənnəsi cəmi bir dəfə ən maksimum qiymətə 1.21-ə qalxıb və bir dəfə də ən minimum qiymətə 0.57-yə düşüb. Qalan bütün vaxtlarda məzənnə stabil olaraq 1:1 nisbətində olub. Məzənnə fərqi bəzi vaxtlarda hiss olunmayacaq dərəcədə, yəni 2-3% aralığında dəyişə bilir. Dolların virtual analaqu olan Tether-i demək olar ki, istənilən birjadan almaq mümkündür lakin əsas dövriyyə Bittrex, Poloniex, Binance, Kraken birjalarında müşahidə olunur. Tether hazırda 2.6 milyard dollar bazar kapitalizasiyası ilə kriptovalyutalar içərisində “Top 10″-da yerləşir.

Tether (USDT) nə üçün lazımdır?

     1_n6qbrWL_tGfGO_RBFu_N7QKriptovalyutalara olan marağın əsas səbəblərindən biri onların qiymət dəyişkənliyidir ki, bu zaman investorların gəlir əldə etmək imkanları yaranır. Bu zaman sual yaranır ki, bəs Tether kimi qiyməti fikslənmiş kriptovalyuta nə üçün lazımdır? Məlumdur ki, dolların alıcılıq qabiliyyəti (bütün fiat valyutalarda olduğu kimi) inflyasiya səbəbindən hər il tədricən azalır. Bu səbəbdən Tether-ə investisiya etmək də tamamilə mənasızdır – yəni riskli aktivə 0%-lə depozit qoymağa bənzəyir. Beləliklə əgər Tether riskli olmaqla bərabər üstəlik gəlir də gətirmirsə o zaman bu kriptovalyutanın istifadəsi nəyə lazımdı? Məsələ ondadır ki, Tether investor və treyderlər üçün fiat pulun alternativi kimi çox faydalıdır. Bunun əsas səbəbləri:

1. Tranzaksiyaların əməliyyat sürəti – Birjalara dolların mədaxili və ya məxaric edilməsi prosesi çox zaman 2-3 gün çəkir. Üstəlik bankların qeyri iş saatlarında və ya bayram günlərində bu tip əməliyyat aparmaq istəsəniz bu proses daha çox çəkə bilər. Tether ilə əməliyyat isə bir neçə dəqiqə çəkir. Bəzən bu çox mühümdür çünki, treyderlər kriptovalyuta arbitrajı imkanlarından istifadə etmək üçün vəsaitləri sürətli köçürmək məcburiyyətində qalır.

2. Əməliyyat xərcləri – Beynəlxalq SWIFT sistemi vasitəsilə köçürmələr çox bahalıdır – hər köçürmə üçün ən azı 20 ABŞ dolları. Eyni zamanda, əgər siz birjanın dəstəkləmədiyi valyutada köçürmə etsəniz bank sizdən əlavə olaraq konvertasiya üçün faiz tutacaq. Tether cüzdanları arasında köçürmələr isə tamamilə pulsuzdur.

3. Stabillik – Bir çox hallarda kripto-bazar üçün ən gözəl mövqe – heç bir əməliyyat aparmadan oturub gözləməkdir. Treyderlər hiss edəndə ki, rəqəmsal aktivin qiyməti bazarda kifayət qədər yüksəkdir və bununla belə mövcüd riski öz üzrəinə götürmək istməirlər. Mövcud vəziyyətdə tredyderlər rəqəmsal aktivlərini nağd pula çevirərək bazarda vəziyyətin stabilləşməsini gözləməyi daha üstün tuturlar. Bu zaman treyderlər aktivlərini rahatlıqla USDT-yə çevirərək öz elektron çüzdanına göndərə bilərlər. Bir müddət sonra bazarda əlverişli şərait yarandığı anda treyderin vaxt itirmədən USDT-ləri yenidən birja hesabına göndərməklə istədiyi aktivi almaq imkanı olur.

Treyderlər həmçinin bazarda yüksək volatililik dövründə qazanclarını fiksləşdirmək və aktivlərini bir birjadan digərinə köçürmək üçün USDT-dən istifadə edirlər.

Tether üzrə əsas risklər

Təhlükəsizliklə baglı risk – 20.11.2017 tarixdə Tether haker hücumuna məruz qaldı və nəticədə sistemdən 30 milyon dəyərində USDT çıxarıldı.  İtirlmiş vəsiti geri qaytarmaq mümkün olmadı.

Spekulyativ sxemlərdə iştirak – Bəzi treyderlər 2017-ci ildə bitkoinin qiymətində kəskin sıçrayışların Tether emissiyası ilə zamanında üst-üstə düşdüyünü müşahidə etmişdilər. Misal üçün 8.11.2017 tarixdə 20 milyon ABŞ dolları dəyərində USDT buraxıldı və həmin gün Bitfinex birjasında 13.5 milyon USDT dəyərində bitcoin alışı orderi verildi. Nəticədə həmin gün bitkoinin qiyməti 300 dollar artı. Bu proses noyabr ayında bir neçə dəfə təkrar olundu. Bir çox analitiklər əmindirlər ki, Tether-in böyük emissiyası bitkoinin qiymətinin “pump” (qiymətin süni artırılması) edilməsi üçün bir instrumentdir.

Tether-in əsaslandırılmamış yüksək emissiyası – Şirkət nümayəndələri iddi edirlər ki, buraxılan hər bir token fiat pul ilə dəstəklənir, emissiya üzrə uyğunluq və fondun ehtiyatları xüsusi auditorlar tərəfindən nəzarət olunur. Lakin rəsmi web saytda bununla bağlı periodik olaraq heç bir hesabatlıq verilmir. Bəzi analitiklər hələ də hesab edirlər ki, emissiya olunan Tether tokenlərinin sayı real pullar ilə dəstəklənmir.

   tether (1) 20.06.2018 tarixdə Tether elan etdi ki, Freeh, Sporkin & Sullivan LLP (FSS) şirkəti tərəfindən bank hesabları, dövriyyədə olan Tether tokenlərinin sayı, eləcə də ABŞ dolları üzrə müvafiq ehtiyatların yoxlanılması məqsədi ilə audit aparılıb. FSS-in hesabatına əsasən bildirilir ki, 01.06.2018 tarixinə şirkətin ABŞ dolları ekvivalentindəki istifadə edilməyən aktivləri Tether tokenlərinin balansından artıqdır. Lakin bununla belə FSS-in hesabatında deyilir ki, onların apardıqları maliyyə auditi “ümumi qəbul edilmiş standartlar” çərçivəsində aparılmayıb, çünki FSS mühasibatlıq ixtisaslı şirkət deyil.

    tether_Shenanigans_ContinueAmerika Əmtəə fyuçersləri üzrə Ticarət Komissiyası (CTFC) tərəfindən 2017-ci ilin dekabr ayında Bitfinex birjası və Tether-in rəhbərləri bazarda fırıldaqçılıq sxemləri ilə əlaqədar olaraq məhkəməyə çağrıldı. Bu bardə məşhur xəbər agetlikləri olan New York Times, Fortune, Bloomberg, The Daily Express yazdılar. Nəticədə Tether Limited ilə əməkdaşlıq edən ən böyük Amerika bankı olan Wells Fergo tərəfdaşlığı dayandırdı, Bitfinex birjasına isə bank sanksiyaları tətbiq edilərək fiat pul ilə əməliyyatlar aparmaq qadağan edildi.

      Tether-də hər hansı problem yaranarsa bu ümumilkdə kriptovalyuta bazarında detanator ola bilər çünki bir çox birjaların əməliyyatlarında USDT həlledici funksiya daşıyır. Əgər hər bir Tether fiat dollar ilə dəstəklənməsə USDT istifadə edən birjaların böyük problemi yarana bilər. Bu əsasən likvidliklər bağlı problemin yaransına səbəb ola bilər ki, o zaman birjalar əlavə kapital axtarmağa məcbur olacaqlar. Həmçinin əgər treyderlərin Tether-ə inamları itərsə bu bir növ bank hesablarından vəsaitlərin kütləvi çıxarlamsı prosesinə bənzər hal ilə nəticələnək.

 

Elnur Quliyev 

Crypto Consulting

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma