Goldman Sachs-ın investisiya şöbəsinin eks vitse-prezidenti Christopher Matta, bitkoinə qədər inamlıdır ki, hətta anasının pulunu ona yatırmağı tövsiyyə edib. O, hesab edir ki, bitcoin bu il yenidən 15.000 dollar dəyərində olacaq.
Christopher Matta həmçinin Crescent Crypto Аsset Management-in həmtəsisçisidir və CNBC-yə verdiyi müsahibədə: “İstənilən mühafizəkar investora aydın olmalıdır ki, volatilliyi nəzərə alsaq belə kriptovalyutalardan gələn gəlir istənilən digər aktivdən daha yaxşıdır. Bitkoin qiymətinin qalxması hələ qabaqdadır və investorlar səbirli olmalı, panika etməməlidirlər. BitKoin uzunmüddətli investisiyalar üçün əla aktivdir və 2 ildən 5 ilədək saxlanılmalıdır. Hazırda qiymətin 6.000 dollar ətrafında olması bitkoinə investisiya üçün yaxşı məqamdır”.
Elnur Quliyev