Bitcoin-aktivistlərdən işıq şou

    İyulun 11-i Slovakiyanın bitkoin-aktivistləri etiraz əlaməti olaraq ölkənin Mərkəzi Bankının binasını bitkoin emblemi ilə işıqlandırıblar. Təşkilatçılar isə haker cəmiyyəti olan “Cryptoanarchy Institute“-nun yerli Paralelna Polis qrupu idi.

   Bitkoin işarəsindən əlavə bankın binasında Monero-nun da emblemi verildi. Hakerlər Slovakiya Mərkəzi Bankının kriptovalyutalarla bağlı apardığı siyasətə etiraz olaraq video-rolik də nümayiş etdirib. Videoda kriptovalyutalar Quttenberqin kitab çap edən makinasına, Mərkəzi Bankın isə kilsəyə oxşatması aparılıb. Yəni neçə ki, orta əsrlərdə kitab çapı ixtira olunandan sonra klisələr kitabların əl ilə köçürməsinə nəzrəti itirdi, hazırda banklar da kriptovalyutalara nəzarəti itiriblər. Etirazçıların fikrincə Mərkəzi Bank tənzimləmələr əvəzinə ölkənin innovativ inkişafının qarşısını alır. Həmçinin Slovakiya bankları, rəqəmsal aktivlərin çoxsaylı imkanlarından istifadə etmək və inkişaf edən kriptovalyuta şirkətlərini dəstəkləmək əvəzinə tənzimləyicilərin neqativ mövqeyini (normativ hüquqi bazanın olmamasını) əsas gətirərək qaranlıqda qalmağı üstün tuturlar.

     Slovakiyadakı aktivistlər “Bitcoin” loqosunu etiraz əlaməti olaraq istifadə edərkən, qonşu ölkələrin hökumətləri bu loqotipi blockchain və kriptovalyua sənayesi üçün regional mərkəz olmaq arzusunu nümayiş etdirmək üçün istifadə edir.

dh86lhexuayrz5p.jpg

 

Elnur Quliyev

Leave a Reply