ABŞ prezidenti Donald Trap-ın keçmiş baş məsləhətçisi və strateqi, biznesmen Stephen K. Bannon Nyu Yorkda keçirilən Delivering Alpha konfransında jurnalistlərə verdiyi müsahibədə: “Bitkoin xoşuma gəlir və mənim bitkoinlərim var. Kriptovalyutalar dünya iqtisadiyyatının gələcəyidir. Lakin keçirilən İCO-ların 90%-i təşkilatçıların fırıldaqçılığı və investorların uzaqgörən olmaması səbəbindən iflas ilə nəticələndi” deyib.
Stephen Bannon artıq uzun müddətdir ki, bitkoin və kriptovalyutalar tərəfdarı kimi tanınır. O, iyun ayında New York Times-ə verdiyi müsahibədə bitkoini inqilabi yenilik adlandırmışdı. Bannon hazırda öz İCO proyekti üzrəində işləyir və artıq bir neçə özəl investor və hedj fondlarla görüşlər keçirib.
Elnur Quliyev