Kriptovalyuta pərəstişkarları üçün ən gözəl hədiyyə

      Son iki ildə cəmiyyətdə rəqəmsal valyutalara artan maraq bəzi insanların xüsusilə bu yeni trendin aludəçisi etməyi bacardı. Əgər siz kriptovalyutalara aludə olmuş dostunuza gözəl hədiyyə almaq istəyirsinizsə aşağıdakı ideyaları mütləq nəzərə almalısınız.

Aparat cüzdan

   tlkİnvestor, treyder və ya adı istifadəçilərin kriptovalyutalara artan maraqları ilə paralel olaraq rəqəmsal aktivlərin saxlanması qurğularına tələbatları da artmaqdadır. Aparat cüzdanlar – xüsusi olaraq rəqəmsal aktivlərin saxlanması və qorunması üçün nəzərdə tutulmuş elektron qurğudur. Bu tip qurğular hazırda ən təhlükəsiz saxlanc forması hesab edilir. İstifadəçi öz rəqəmsal aktivlərini məxaric və ya mədaxil etmək üçün bu qurğunu kompüter, smartfon və ya planşetə qoşmalıdır. Hazırda ən məşhur aparat cihazlar: Ledger, KeepKey və Trezor.

Kriptosertifikat

  sertifikat  Kriptovalyutanın özünü hədiyyə etmək də mümkündür. Kriptovalyutanı kağız formasında təqdim etmək sadə və daha təhlükəsizdir. Bitcoinpaperwallet.com saytında siz boş elektron cüzdan yaradaraq ora hədiyyə verməyə hazır olduğunuz istədiyiniz miqdarda vəsait köçürə bilərsiniz. Misal üçün, bitcoin-adres yaratdıqdan sonra siz sertifikatın dizaynını özünüz seçə bilərsizniz. Bundan sonra sertifikata təbrik mesajini əlavə etməklə çap etmək kifayətdir. Həmçinin vacib deyil ki, siz tam olaraq 1 BTC alasınız, hədiyyə üçün simvolik məbləğ də kifayət edir.

Kriptovalyuta simvolu olan suvenirlər

      Son zamanlar kriptovalyuta simvolları olan fəqrli suvenirlərin də sayı çoxalmaqdadır. Bu tip suvünirləri daha kiçik büdcə ilə də almaq mümkündür. İnternetdə bitcoin və digər məşhur kriptovalyutaların simvolları olan suvenirlər – brelok, fleşka, oyun kartları, kruşkalar, saatlar, paltarlar və bir çox fəqrli əşyalar satılmaqdadır. Hazırda kriptovalyutalar arasında ən populyarı olan “bitcoin” loqotipli süvenirlər çoxluq təşkil edir. Zövqünüzə uyğun olanı seçib hədiyyə edə bilərsiniz.

 

 

Mayninq üçün cihazlar

    Mayninq üçün cihazlar verə biləcəyiniz hədiyyələr arasında ən bahalısı hesab olunur lakin bu hədiyyə gələcəkdə sahibinə pul qazanmağa imkan yaradacaq. Kifayət qədər ciddi hədiyyədir və cihazı seçərkən bilməli və diqqət etməli olduğunuz məqam var: dostunuz hansı kriptovalyutanı mayninq etmək istəyir? Bundan sonra isə mayninq cihazının modelini, istehsalçı nüfuzunu, texniki xüsusiyyətlərini və qiymətlərini öyrənmək lazımdır. Minimal qiymətlər 1500-2000 dollardan başlayır.

 

 

 

Elnur Quliyev

 

 

 

Leave a Reply