İyulun 23-ü kriptovalyuta bazarında bitcoin-in dominantlıq indeksi 47% oldu. Bu, 2017-ci ilin dekabr ayından indiyə qədər ən yüksək göstəricidir. Son bir həftə ərzində bitcoin-in qiyməti 1700 dollar bahalaşaraq 8188 dollara qalxa bildi. “Buğa“-lar bu dəfə bitcoin-in qiymətini növbəti psixoloji həddi – 8000 dolları keçməyi hədəf qoymuşdu. Növbəti hədəflər 9000 və 10.000 dollar.
Bitcoin-in qiymətinin qalxmasına baxmayaraq altkoinlər 2-ci gündü dəyər itirməkdə davam edir. Ümumi bazar kapitalizasiyası isə 284 milyard dollar təşkil edir.
Elnur Quliyev