Maaşları kriptovalyuta ilə verən məşhur şirkətlər

      Google, Facebook, Airbnb və Uber əməkdaşları maaşlarını kriptovalyutada da ala bilirlər. Bunun üçün əməkdaşlar Bitwage servisindən istifadə edirlər. Bitwage iri şirkətlərə dünyanın müxtəlif yerlərində yerləşən filiallarında çalışan işçilərinə maaşlarını asanlıqla ödəməyə imkan verir və beləliklə, onlar yerli valyuta ilə bərabər öz maaşlarını bitcoin ilə də almaq imkanları olur. Bundan əlavə, Bitwage və rəqəmsal ödəniş platforması olan Uphold arasında tərəfdaşlıq Bitwage istifadəçilərinə maaşlarını ether, litecoin və dash ilə almağa imkan verir.

google-fb-uber

     Maaşını kriptovalyuta almaq istəyən şirkət əməkdaşı əvvəlcə Bitwage-də bank hesab nömrəsini əldə etməlidir və sonra bu hesab nömrəsini işəgötürənə verərək, bu hesaba göndəriləcək əmək haqqının neçə faizini kriptovalyutada və ya fiat pulda olacağını göstərməlidir.

Bitwage-in yaradıcısı və rəhbəri Jonathan Chester: “Əmək haqqının rəqəmsal valyutada alınması sürətli, şəffaf və təhlükəsiz olmalıdır. Bu səbəbdən Google, Facebook, Airbnb və Uber əməkdaşları maaşlarını Bitwage vasitəsilə almağı üstün tuturlar”.

 

 

Elnur Quliyev

Leave a Reply