Lufthansa İnnovasiya Mərkəzi (LİH) SAP.iO Berlin Foundry ilə aviasiya sektorunda Aviation Blockchain Challenge – ilk dünya texnologiya müsabiqəsinin yaradılmasına dair tərəfdaşlıq müqaviləsi imzalayıb. Almaniyanın ən iri avia şirkəti olan Lufthansa-nın bloqunda bildirildiyi kimi müsabiqə blockchain texnologiyasının potensialını açmaq və aviasiya sənayesində tətbiqini təşviq etmək üçün nəzərdə tutulub. Həmçinin bildirilir ki, Lufthansa-nın avia sənaye təcrübəsi və İT qiqantı olan SAP-ın blockchain texnologiyası üzrə olan təcrübəsi tədqiqat üçün yaradılan ekosistem sayəində sektorda qərar verən şəxslərlə perspektivli işgüzar sahibkarları birləşdirə biləcək bir mühit yaradacaqdır.
Aviation Blockchain Challenge əslində, Travel və Mobility Tech sahələrində blockchain texnologiyasının istifadəsinə diqqət çəkmək üçün bir vasitədir. Blockchain Aviation Challenge layihələri üç istiqamət üzrə bölünüb: Aviaşirkət, Səyahətçi və Təchizatçı.
Airline Challenge – aviaşirkətlərlə bağlı əməliyyatları təkmilləşdirmək, departamentlər və təşkilati xətlərin qarşılıqlı əlaqələrin öyrənilməsi üzrə layihələri araşdıracaq. Traveller Challenge – hava limanında biletlərin bronlaşdırılması və alınması, sadiqlik proqramları və hava limanında sərnişinlərin identifikasiyası ilə bağlı layihələri araşdıracaq. Təchizatçı kateqoriyasında isə aviasiya tədarükünün bütün aspektləri, sənədlərin izlənməsi və məlumatların rəqəmsallaşdırılması, təslim edilmiş məhsulların keyfiyyətinə nəzarət üzrə layihlər araşdırılacaq.
Müsabiqədə iştirak etmək üçün ərizələr 31 avqusta qədər qəbul edilir. Layihələr aviasiya, biznes modelləşdirmə və blockchain texnologiyaları üzrə ekspertlər tərəfindən qiymətləndiriləcək və yekun mərhələdə ən yaxşı layihələr Lufthansa İnnovation Forum-da açıqlanacaq.
Lufthansa Group-un idarə heyətinin üzvü və Eurowings-in rəhbəri Thorsten Dirks: “Blockchain dövrümüzün transformasiya edilən texnologiyalarından biridir, hansı ki, Lufthansa Group “rəqəmsal strategiya” çərçivəsində müraciət edir”.
Xatırladım ki, Lufthansa Aviaşirkəti hazırda isveçrənin blokçeyn-startup-ı olan Winding Tree ilə əməkdaşlıq edir.