Starbucks bitcoini ödəniş vasitəsi kimi qəbul edəcək

  hqdefault  Starbucks, Microsoft və NYSE fond birjasının sahibi olan Intercontinental Exchange (ICE) birlikdə Bakkt adlı rəqəmsal ödəniş platformasını yaradacaqları barədə açıqlama veriblər. Bu xəbər ilk olaraq CNBC-da yayınlanıb. Bu platformanın iştirakçıları qlobal şəbəkədə rəqəmsal aktivləri ala, sata və ödənişlər edə biləcəklər. Tam tənzimlənən platformada ilkin dövrdə hələki yalnız bitkoinin fiat pula mübadiləsi mümkün olacaq. Bütün proseslər operatorların özləri tərəfindən deyil SECCFTC tərəfindən tənzimlənəcək. Bununla da bütün cavabdehlik federal səviyyəli tənzimləyicilərin üzərində olacaq.

       Bakkt-ın icraçı direktoru Kelly Loeffler: “Bakkt investorlar, biznes iştirakçıları və adi istifadəçilər üçün yaxşı platforma olacaq. Onlar bitkoindən təhlükəsiz və effektiv istifadə edə biləcəklər. Biz rəqəmsal aktivlərin potensialını qlobal miqyasda açmağa kömək edəcək açıq platforma yaratmağa çalışırıq”.

    Starbucks-ın partnyorluq və ödənişlər üzrə vitse-prezidenti Maria Smith: “Starbucks praktik, etibarlı və tənzimlənən proqram təminatının işlənib hazırlanmasında mühüm addımlar atacaq ki, istifadəçilər rəqəmsal aktivlərini asanlıqla dollara çevirərək bizim dükanlar şəbəkəmizdə hesablaşa bilsinlər”.

    Intercontinental Exchange (İCE)-in icraçı direktoru Jeffrey Sprecher qeyd edib ki, Bakkt kriptovalyutalara riskli aktivlərdən dünyanın əsas maliyyə aktivlərindən birinə çevrilməyə kömək edəcək. Jeffrey Sprecher: “Tənzimlənən bir infrastuktur yaratmaqla biz rəqəmsal aktivlərə güvən yaratmaq istəyirik. Bakkt indiyə qədər tənzimlənməyən bazara şəffaflıq və aydınlıq gətirəcək. Bitcoin beynəlxalq pul köçürmələrini çox sadələşdirəcək və  dünya valyutası olmaq potensialına malikdir.”

Proyektə 18.11.2018 tarixdə start veriləcək və təxmin edilir ki, Bakkt-in investorları kimi – Fortress Investment Group, Eagle Seven, Galaxy Digital, Horizons Ventures, Alan Howard, Pantera Capital, Protocol Ventures, Susquehanna International Group ola bilərlər.

 

Elnur Quliyev

 

Leave a Reply