Dünyanın ən yaxşı 10 “kripto” şəhəri

       Zaman keçdikcə daha çox ölkələr rəqəmsal valyutaların əhəmiyyətin anlamğa başlayır və bəziləri artıq onları leqal ödəniş vasitəsi hesab edirlər. Bu səbəbdən demək olar ki, hər gün yeni kriptovalyuta şirkətləri yaranır.

    Forbes kriptovalyuta ilə əlaqəli olan şirkətlərin sayına görə dünyada 10 şəhərini seçib. Həmin şəhərlər və orda olan kripto-şirkətlərin siyahısı aşağıdakı kimidir:

https_blogs-images.forbes.comalexandrataltyfiles201807unnamed-1200x675

  1. Praqa, Çexiya – 147
  2. Buenos-Ayres, Аrgentina – 141
  3. San-Fransisko, ABŞ – 117
  4. Маdrid, İspaniya – 101
  5. Nyu-York, ABŞ – 101
  6. Аmsterdam, Niderland – 88
  7. Boqota, Kolumbiya – 87
  8. Vankuver, Каnadа – 86
  9. London, İngiltərə – 85
  10. Paris, Fransa – 82

      Reytinq üzrə ilk yeri gözlənilmədən Praqa şəhəri tutdu. Bu şəhər bundan əvvəlki tərtib olunmuş reytiq üzrə liderlər olan Nyu-York və San-Fransiskonu keçməyi bacardı. Çexiya son bir neçə il ərzində kriptovalyuta və blokçeyn texnologiyası üzrə ixtisaslaşan şirkətlər üçün tamamilə açıq ölkəyə çevrilib. Cari ilin may ayında Praqa sakinləri metro stansiyalarında yerli şirkət olan General Bytes tərəfindən quraşdırılan kriptomatlar vasitəsilə bitkoin almaq imkanı əldə ediblər. Həmçinin məlumdur ki, Çexiya hökumətinin nümayəndələri bitkoinin qanuni ödəniş vasitəsi kimi tanınması ilə əlaqədar zəruri olan maliyyə islahatlarının aparılmasına müsbət meyl göstərirlər.

Forbes reytinqi göstərdi ki, kriptovalyuta sənayesinin potensialı getdikcə artmaqdadır və gələcəkdə daha çox yeni şəhərlər bu reytinqə düşəcək.

Müəllif: Elnur Quliyev

Leave a Reply