Dolları əvəz etməsi üçün Bitcoin neçəyə olmalıdır?

 6-2    Union Bank of Switzerland (UBS) analtiklərinin hesabatına əsasən bitkoinin ümumi bazarda Amerika dollarını əvəz etməsi üçün 1 BTC-nin qiyməti 213.000 dollar olmalıdır. Bu barədə xəbəri Bloomberg agentliyi yayımlayıb. Hesabat UBS-in investorların kriptovalyutalara artan marağına cavab olaraq hazırlanıb və bankın hər bir müşərisinə göndərilib. Hesabatda qeyd edilir ki, bitcoin “pul statusu”nu əldə etmək üçün lazım olan kriteriyalara cavab vermir. Hazırda məhdud emissiya və qiymətindəki yüksək volatillik səbəbindən bitcoin “pul vasitəsi” forması ola bilməz. Buna görə də bitcoin qlobal ödəniş vasitəsi və ya əsas aktivlərdən biri olması mümkün deyil.

     UBS ekspertləri həmçinin qeyd ediblər ki, əgər Bitcoin tənzimləyici orqanların dəstəyini alarsa, zaman keçdikcə hamı tərəfindən qəbul edilən ödəniş vasitəsi və leqitim aktiv sinifinə aid edilə bilər.

ubs-report

 

Elnur Quliyev

Leave a Reply