Braziliyada Partido NOVO (Yeni Partiya) partiyasından prezidentliyə namizəd olan Joao Amoydo Bitcoin Portal-a verdiyi müsahibədə kriptovalyutalar və blockchain texnologiyasının dövlət orqanlarında tətbiqinin səmərələyindən danışıb. Onun fikrincə bir çox dövlət orqanlarında xərclərin optimallaşdırması və nəzarətin asanlaşdırmaq üçün blockchain texnologiyasını tətbiq etmək mümkündür. Amoydo əmindir ki, hökumət orqanlarında blockchain texnologiyasının istifadəsi əmlakların qeydiyyatı və imzaların tanınması üzrə sənədləşmənin və hesabatlığın şəffaflığını artıracaqdır.
Joao Amoydo: “Hesab edirəm ki, kriptovalyutalar ənənəvi bank sisteminə təhlükə yaratmır. Mən alternativ ödəniş metodlarında üstünlükləri görürəm. Əgər hər iki tərəf bitkoini fiat pula dəyişmək və ya onunla hər hansı əmtəə almaq istəyirsə – bunun üçün heç bir hüquqi maneə görmürəm. Əsas odur ki, investorlara və şirkətlərə bu ticarətin təhlükəsizliyinə və qanuniliyinə qarantiya verilsin”.
Xatırladım ki, 2018-ci ilin yanvar ayından Braziliyadakı investisiya fondlarına kriptovalyutasını almaq qadağan edilib. Braziliya Qiymətli kağızlar və Birjalar üzrə Komissiyası (CVM) elan etdi ki, rəqəmsal valyutalar maliyyə aktivi hesab edilə bilməz və buna görə də onalara birbaşa investisiya qoyulmasına icazə verilmir.