Türkiyədə kriptovalyutalara tələb artıb

    Kriptovalyutyi-v-Turtsii  Türkiyədə bir dollar cari ilin əvvəlində 3.8 lirə təşkil edirdisə artıq 11 avqustda bu göstərici 6.83 lirəyə qalxdı. Türk lirəsinin dollar qarşısında dəyər itirməsinə əsəs səbəb kimi Amerika ilə münasibətlərin kəskinləşməsi göstərilir. Amerikanın təzyiqlərinə cavab olaraq Türkiyə prezidenti lirəyə dəstək üçün əhalini dollar, avro və qızıllarını satmağa çağırış edib. Bu hadisələr isə öz növbəsində dövlətin xarici borclarını ödəməsində şübhələr doğurmağa başlayıb. Həmçinin Türkiyədəki problem ilə bağlı olaraq avro da dəyər itirməyə başlayıb. Məsələ ondadır ki, avropa bankları Türkiyə iqtisadiyyatına kifayət qədər investisiya (İspaniya -83.3, Fransa -38.4, İngiltərə -19.2, İtaliya -17, Yaponiya isə 18 milyard dollar) yatırıb  və nəticə etibarı ilə bu problem onalrada öz təsirini mütləq şəkildə göstərəcək. Hazırda prezident Ərdoğanın iqtisadi siyasəti və ölkənin xarici borclar üzrə ödəniş qabiliyyətliliyi avropa ölkələrində narahatlıq yaradır.

       Mövcud xəbərlər fonunda Türkiyə vətəndaşlarının kriptovalytalara marağı artmağa başlayıb. CoinMarketCap-ın məlumatlarına əsasən yerli birjalar olan Koinim, Btcturk Paribu-da ticarət dövriyyəsi iki dəfə artıb. İnsanların lirəyə güvənsizliyi kriptovalyutalara (əsasən Bitcoin, Monero və Ripple) tələbi artırıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma