Tayland Mərkəzi Bankı (BoT) kriptovalyutalara investisiya etməyi leqallaşdırdı. Bununla da ölkə ərazisində institusional investorlar Taylandın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının (SEC) icazəsi ilə kriptovalyutalara investisiya etmək hüququna malikdirlər. Maliyyə təşkilatlarına rəqəmsal aktivlərin yalnız birjalarda alqı-satqısına icazə verilir. Kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə etmək isə əvvəlki kimi qadağandır.
Tayland SEC-i açıq bazarda ticarət olunan 7 kriptovalyutanı – bitcoin, ethereum, ripple, bitcoin cash, ethereum classic, litecoin və stellar-ı leqallaşdırdı. Tənzimləyicinin niyə məhz bu kriptovalyutaları seçməsinin səbəbi açıqlanmır lakin yerli kriptobirjalarına öz platformalarında hələ ki, yalnız bu aktivlərlə ticarət etməyi icazə verir. Aktivləri 5 milyon BAT olan kriptobirjalar tənzimləyicidən lisenziya ala bilərlər. Lisenziyanın illik haqqı birjanın ticarət dövriyyəsinin 0.002%-i təşkil edəcək.