M.Saakaşvili İCO proyekti üzrə məsləhətçisi oldu

     Gürcüstanın keçmiş prezidenti və məşhur siyasətçi Mixail Saakaşvili Finolog 2.0 adlı İCO proyektinin ambassadoru və məsləhətçisi oldu. Blokçeyn start-up olan Finolog 2.0 proyektinin əsas hədəfi korrupsiya ilə mübarizə, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsini dəstəklənməsidir.

1505640697_saakavili_reuters  Finolog 2.0 komandasının məlumatına əsasən M.Saakaşvili ilə görüşdən sonra o  təmənnasız olaraq proyektin məsləhətçisi olmağa razılıq verib. Finolog 2.0 (finolog.io) öz Youtube kanalında M.Saakaşvilinın ənənəvi bank sisteminin dəyişdirilməsinin vacibliyi barədə danışılan bir videonu yerləşdirib. Finolog 2.0 öz məqsədləri üçün Ethereum-un blokçeynindən istifadə etməyi planlaşdırır. Rəsmi bloqunda qedy edilib: “Biz iqtisadiyyata böyük təsir göstərən bankları bu funksiyadan məhrum etmək, həmçinin müasir bank sistemində qeyri effektiv idarəçiliklə mübarizə üçün çalışırıq”.

Finolog 2.0 şirkətlərin maliyyələşdirilməsi üçün de-mərkəzləşdirilmiş platforma yaradır. ICO layihəsinin ilkin token satışı artıq başa çatdırılıb və bu mərhələdə komanda 120.000 dollar toplanmışdır.

 

Leave a Reply