Kriptovalyutaların dünyada artan populyarlığı dövlətləri məcbur edir ki, müvafiq qanunvericilik və ya digər inzibati üsullarla innovativ maliyyə texnologiyalar ilə bağlı münasibətləri tənzimləsinlər. Bəzi ölkələr müəyyən araşdırmalar və tənzimləmələrdən sonra kriptovalyutalar və yeni texnologiyaların tətbiqinə açıq olduqlarını bəyan etdilər. Buna misal olaraq Yaponiyanı göstərmək olar. Faktiki olaraq bitkoin bu ölkədə ödəniş vasitəsi kimi ölkə valyutası ilə bərabər istifadə olunur.
İqtisadiyyatların rəqəmsallaşdığı bir dövrdə kriptovalyutaları qadağan etmək sanki interneti qadağan etməyə bənzəyir. Lakin buna baxmayaraq bəzi dövlətlər hələ də rəqəmsal aktivləri öz maliyyə sistemləri üçün təhlükə mənbəyi olaraq qəbul edir və hesab edirlər ki, kriptovalyutalar yalnız çirkli pulların yuyulması və ya digər qanunsuz maliyyə əməliyyatlarında istifadə olunur. Bu səbəbdən kriptovalyutaları ölkə daxilində qadağan edirlər. Bu ölkələr aşağıdakılardı və tətbiq edilən qadağalar 2014-2018 illəri əhatə edir:
- Vyetnam – 2018
- Boliviya – 2014
- Kolumbiya – 2016
- Ekvador – 2015
- Mərakeş – 2016
- Banqladeş – 2016
- Nepal – 2017