Avstraliyada kriptovalyuta ilə hesablaşma imkanı

     Avstraliyanın ödəniş operatoru olan Gobbill və kriptovalyuta birjası Cointree  öz istifadəçilərinə kritovlayutalarla hesablaşmaq imkanı yaratmaq üçün partnyorluq müqaviləsi imzalayıblar. İki platformanın birgə əməkdaşlığı çərçivəsində hətta rəqəmsal aktivləri ödəniş kimi qəbul etməyən təchizatçı və ya satıcılarla da hesablaşmaq mümkün olacaq.

   australia-bitcoin-exchange-coinjar-cryptocurrency-index-fund Gobbill istifadəçilərdən rəqəmsal vəsaitləri qəbul edərək onların adından ödənişləri həyata keçirmək üçün vasitəçi olaraq çıxış edəcək. Bu xidmətdən istifadə etmək üçün istifadəçilər rəqəmsal aktivləri Cointree birjasının hesablarına saxlamalıdırlar. Hazırda Cointree BTC, XRP, NEO, ETH və LTC daxil olmaqla 40 kriptovalyutanı dəstəkləyir. Gobbill platformasının müştəriləri üçün kriptovalyuta cüzdanından birbaşa hesaba bağlanması da mümkün olacaqdır. Bu funksiya ilə istifadəçi istənilən rəqəmsal valyutanı seçərək avtomatik olaraq ödənişləri ödəyə bilər. Bu xidmət kiçik biznes və ev təsərrüfatlarında hədəflənir.

       Gobbill-in həmtəsisçisi və icraçı direktoru Shendon Ewans: “Şirkətimiz kriptovalyuta ilə ödənişlər etmək istəyən yeni istifadəçilərin axınını gözləyir. Cointree ilə əməkdaşlıq bizə bu bazarda xidmət göstərməyə kömək edəcək, yeni texnologiyalara gəldikdə isə Gobbill-in öndə olmasına imkan verəcəkdir. Məqsədimiz müştərilərə avtomatik olaraq ödənişlərini həyata keçirmək və eyni zamanda özlərini təhlükəsiz hiss etməsini təmin etməkdir “.

 

Elnur Quliyev

 

Leave a Reply