Tyler və Cameron Winklevoss qardaşları Virtual Birja Əmtəələri Assosasiyasını (Virtual Commodity Association – VCA) yaratdıqlarını elan etdilər. VCA çərçivəsində Gemini, Bittrex, Bitstamp və BitFlyer birjaları bazarda rəqəmsal aktivlərin manipulyasiyası ilə mübarizə aparacaq. Assosiasiyanın ABŞ-da yaradıldığına görə VCA iştirakçıları arasında Coinbase birjasının olmaması müəyyən sual doğurdu lakin hələ ki, birjadan bununla bağlı hər hansı açıqlama verilməyib.
Assosiasiyanın ilk görüşü sentyabr ayına planlaşdırılır və bu zaman yeni birliyin əsas müddəaları müzakirə olunacaq. Assosiasiya kripto sənayesinin işinə dair standartların hazırlanmasını planlaşdırılır və tənzimləyici orqanlarla birlikdə rəqəmsal aktivlərlə əlaqəli tədbirlərin şəffaflığını izləyəcəkdir.
ABŞ-ın Əmtəə Fyuçersləri Ticarəti üzrə Komissyasının (CFTC) nümayəndəsi Brian Quintenz yeni yaradılan VCA-nın kriptovalyuta bazarın etibarlılığına əhəmiyyətli təsir göstərəcəyinə inandığını vurğulayıb.