ABŞ-ın Qiymətli Kağızlar və Fond Birjaları üzrə Komissiyası (SEC) ProShares, Direxion və GraniteShares şirkətlərinin Bitcoin-ETF (birjada ticarət olunan bir növ qiymətli kağız) yaratmaq üçün təkliflərini rədd edib. SEC-in imtina səbəbi hər üç şirkət üçün demək olar ki, eynidır. Tənzimləyici fikrincə, müraciət edən şirkətlər öz təkliflərində, xüsusilə bazarda manipulyasiya qarşısının alınması ilə əlaqədar olaraq birjalar haqqında Qanunun 6 (b)(5) tələbinə cavab verdiyini əsaslandıra bilməyib.
Bununla belə SEC bu qərarın bitkoinin bir yenilik ya da bir investisiya olaraq dəyərə sahip olub olmadığının dəyərləndirilməsi ilə bağlı olmadığını vurğulayıb.