7 futbol klubu transfer ödənişlərini bitcoin ilə ödəyəcək

   eToro-Brings-Bitcoin-to-Football-nuzyi2193oad028u2qoq4fnjjp8ch8z8uiy6hbv8ru Britaniya Primyer Liqasının 7 futbol klubu 2018/2019 mövsümündə oyunçuların transferi zamanı ödənişləri bitkoinlə edəcək. eToro platforması 21 avqustda maliyyə əməliyyatları üçün bitkoindən istifadə edilməsinə əsaslanaraq 7 futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin bağlanması haqqında açıqlama etdi. Bu müqavilə reklam xarakteri daşıyır və kriptovalyutaların əsasən də bitkoinin ödəniş vasitəsi kimi istifadəsinə, həmçinin eToro məhsullarının paylanmasını genişləndirmək üçün yönəlib.

     Tottenham Hotspur, Brighton & Hove Albion, Crystal Palace, Cardiff City, Leicester City Football Club, Newcastle United və Southampton klubları artıq eToro ilə əməkdaşlıqlarını təsdiqləyiblər və eToro sistemi vasitəsilə oyunçuların işə götürülməsi barədə müvafiq məlumatların yerləşdirilməsinə razılıq veriblər.

     eToro-nun Britaniya üzrə icarçı direktoru Iqbal Gandham: “Ən populyar rəqəmsal aktivlərin alqı-satqısına imkan yaradan qlobal bir platforma olaraq Premyer Liqa klubları ilə işləmək bizə xoşdur. Biz Premyer Liqa ilə əməkdaşlıq çərçivəsində bitkoinlə ödəniş edən ilk şirkət olaraq tarix yaradırıq”.

     Futbol klublarının icraçı və kommersiya üzrə direktorları eToro ilə bağlanmış anlaşma ilə bağlı öz mövqələrini də açıqlayıblar. Southampton FC-dən David Thomas, Brighton & Hove Albion FC-dən Paul Barber, Crystal Palace FC-dən Barry WebberLeicester City FC-dən Jonathan Gregory, Tottenham Hotspur-dan Fran Jones eToro ilə partnyorluqdan məmnun olduqlarını və bu əməkdaşlıq çərçivəsində kriptovalyutalar və blockchain texnologiyasının fotbolda yaratdığı imkanardan yararlana biləcəklərinə ümid etdiklərini vurğulayıblar.

bitkoin-vykhodit-v-angliyskuyu-premyer

 

Elnur Quliyev

Leave a Reply