Yaponiyada uçan avtomobillər istifadəyə veriləcək

     Yaponiyada uçan avtomobillər üçün qaydalar tərtib edəcək və onları həyata keçirəcək qurum yaradılıb. Airbus, Boeing, Toyota, NEC, Cartivator, ANA Holdings, Japan Airlines və Uber Technologies daxil olmaqla 21 şirkət həmin quruma üzv daxil edilib. Bu qurumun ilk iclası 29 avqust 2018-ci il tarixinə planlaşdırılıb.

cq5dam.web.600.450     2018-ci ilin iyulunda Yaponiya hökuməti uçan ictimai nəqliyyat vasitələrini aktiv şəkildə inkişaf etdirmək niyyətini açıqlayıb. Yaponiyada belə avtomobillərin ilk uçuşları 2020-ci ilə planlaşdırılıb. Uçan avtomobillər ilk öncə təbii fəlakətlər zamanı, həmçinin yolların sıradan çıxması zamanı yaşayış məntəqələri arasında hərəkət üçün tətbiq ediləcək. Yaponiya hökuməti hesab edir ki, uçan avtomobil və hava taksilərindən istifadə yollarda tıxac problemini həll edəcək və sərnişindaşımanı sürətləndirməyə imkan verəcək.

      Yaponiya start-up şirkəti Cartivator 2020-cil Tokio Olimpiadası üçün Skydrive adlı uçan maşınların kommersiya variantin hazırlayacaq. Versiyalardan birinə görə uçan avtomobildən Olimpiya Oyunlarının açılış mərasimində istifadə olunacaq və onun sürücüsü Olimpiya məşəlini yandıracaq. Skydrive 10 metr hündürlükdə saatda 100 km uçma imkanı olacağı nəzərdə tutulub.

 

 

Mənbə: ictnews.az

Leave a Reply