Kripto bankomatların (ATM) sayı – Sentyabr 2018

     MarketsandMarkets analitik şirkəti kriptovalyuta bankomatları bazarı araşdırması barədə hesabat dərc edib. Hesabata əsasən orta bazar artımı ildə 54.7% olacaq və 2023-cü ilə bazar dəyəri 144.5 milyon dollar təşkil edəcək.

  bitcoin-atm-toronto  CoinATMradar-ın 03.09.2018 tarixinə olan məlumatına əsasən hazırda dünyada 3660 ədəd bitkoin-ATM mövcuddur. Hər gün orta hesabla 4 kripto bankomat quraşdırılır. Ümumilikdə bankomatların 62%-də ikitərəfli əməliyyat aparmaq, yəni həm almaq, həmdə satmaq mümkündür. Bankomatların 73%-i ABŞ (2177) və Kanada (627) ərazisində yerləşir. Statistika əsasən ABŞ və Kanadan sonra kripto bankomatların sayına görə lider ölkələr: Avstriya- 196, Böyük Britaniya- 178, Rusiya- 82, İspaniya- 63, Çexiya- 61, Avstraliya- 51, İtaliya- 34, İsveçrə- 33, Hollandiya- 25, Polşa- 25, Finlandiya-19,  Yaponiya-12.

    Ekspertlərin hesablamalarına əsasən ötən il bitcoin-bankomatların bazar həcmi 6.8 milyon dollar təşkil edib və 2018-ci ildə 16.3 milyon dollara çatacaq. Bankomantların sayı  illər üzrə: 2015-ci ildə 503, 2016-cı ildə 954, 2017-ci ildə isə 2028 ədəd olmuşdur.

 

Elnur Quliyev

Crypto Consulting

 

Leave a Reply