Çin İCO və kriptovalyuta əməliyyatları ilə bağlı şikayətlərə baxacaq

   china-crypto98-e1535882229232.jpg  Çin Xalq Bankının (PBoC) qanunsuz ICO-lar ilə mübarizə sahəsində dövlət qurumlarına yardım çərçivəsində yaratdığı internetdə pulların dövriyyəsi üzrə Çin Milli Özünüidarəetmə Assosiasiyası (NIFA) öz portalında “token satışı” bölməsini əlavə edib. Bu bölmə vasitəsi ilə NIFA rəqəmsal aktivlər sektorunda qeyri-qanuni maliyyə fəaliyyəti ilə bağlı hallar barədə məlumatları qəbul edəcək.

  NIFA (Nebraska İnvestment Finance Authority) vətəndaşların şübhəli maliyyə fəaliyyətindən şikayət edə biləcəyi portalıdır. İndiyə qədər birliyə göndərilən şikayətlərin əksəriyyəti fərdlər arasında kreditləşmə, onlayn ödənişlər, internet vasitəsilə sığorta ilə bağlı olub. Lakin yeni yaradılan bölmədə rəqəmsal aktivlərlə bağlı şikayətlərə də baxılacaq. Xəbərdar edilməli olan fəaliyyət növləri NIFA-nın saytında aşağıdakı kimi təsvir olunub: kriptovalyuta ticarəti, fiat pulların kriptovalyutaya dəyişdirilməsi və ya əks əməliyyatlar, İCO-ların rəqəmsal aktivlərlə maliyyələşdirilməsi, kripto sektorda biznesin sığortalanması.

v_kitae_zapushchen_servis_dlya_otslezhivaniya_nezakonnoy_kriptovalyutnoy_deyatelnosti   Xatırladım ki, Çinin altı tənzimləyici qurumu 24 avqustda blockchain və kriptovalyuta proyektlərinin maliyyələşdirməsi və rəqəmsal aktivlərin ticarət əməliyyatları ilə bağlı Çin vətəndaşlarıını xəbərdarlıq edib. Çinin internet nəhəngləri olan Baidu, Alibaba və Tencent öz növblərində onlara aid servislərdə birjadan kənar kriptovalyuta ticarəti ilə mübarizədə hökumətə yardım göstərməyə hazır olduqlarını açıqlayıblar.

Elnur Quliyev

Leave a Reply