Bitcoin 10% dəyər itirdi

     Son 24 saat ərzində kriptovalyuta bazarında kəskin enmə müşahidə olundu. Bitkoin 10% dəyər itirərək 6422 dollar qədər düşdü. Bitkoinlə bərabər digər kriptovalyutalar – Ethereum və Ripple – 20.9% və 14.5% dəyər itirərək 224 və 0.28 dollar oldu. Qiymətlərin düşməsinə əsas səbəb kimi rəqəmsal pulların tətbiqinin gözlənilən müddətdən daha gec vaxtda olacağı barədə xəbərlərin yayılması oldu. “Top-10”-da olan kriptovalyutalardan ən çox dəyər itirən EOS 22.6% dəyər itirərək 5.02 dollar oldu. Ümumilikdə kriptovalyuta bazarı 201.8 milyard dollara qədər endi.

   Kriptovalyuta bazarına mənfi təsiri göstərən mühüm xəbərlərdən biri də investisiya bankı olan Goldman Sachs-ın rəqəmsal aktivlərin ticarəti ilə bağlı departamentin yaradılmasının təxirə salması oldu.

 

Leave a Reply