Dmitri Peskov: Rusiya kriptovalyuta sektorunda pioner olmamalıdır

   Rusiya Federasiyasının Prezidentinin rəqəmsal və texnoloji inkişaf üzrə xüsusi nümayəndəsi Dmitri Peskov hesab edir ki, Rusiya rəqəmsal maliyyə aktivləri sektorunu inkişaf etdirməlidir lakin bu zaman pioner olmağa ehtiyac yoxdu.

   ak7c0392.jpg Moskva maliyyə formunda çıxış edərkən D.Peskov: “Bizim rəqəmsal texnologiya sektorunda sürətli inkişafa ehtiyacimiz var lakin biz birinci olmamalıyıq. Bu dövlətimizin sadə strategiyasıdır və biz bunu son illərdə uğurla istfadə etmişik. Gəlin bu strategiyanı “sürətli ikinci” adlandıraq. Belə strategiya digər dovlətlərin səhvlərindən öyrənməyə və rəqəmsal maliyyə aktivləri ilə əlaqəli riskləri aradan qaldırmağa imkan verəcəkdir” deyib.

    Qeyd edim ki, Rusiya Prezidenti V.Putin 10.07.2018 tarixdə Dmitri Peskovu özünün rəqəmsal və texnoloji inkişaf üzrə xüsusi nümayəndəsi təyin edib. Dmitri Peskov 2011-ci ildən Strateji Təşəbbüslər Agentliyinin «Молодые профессионалы» istiqamətində direktoru idi.

 

Elnur Quliyev

 

Leave a Reply