Mayninq avadanlıqları, proqram təminati və mayninq xidmətləri üzrə dünya lideri olan Bitmain sentyabr 21-23 tarixdə BitKan ilə tərəfdaşlıq razılaşması çərçivəsində maynerlər üçün Gürcüstanın paytaxtı Tblisidə World Digital Mining Summit keçirəcək. Kriptovalyuta mayninqi sektornun inkişaf perspektivlərinə həsr olunacaq beynəlxalq tədbir üç gün davam edəcək. Sammit iştirakçıları arasında investorlar, maynerlər, avadanlıq istehsalçıları, iri “mayner pul”-larının nümayəndələri, blokçeyn tədqiqatçıları olacaq. Kripto-sənayenin liderləri sammitdə mayninq sektorunun gələcək prespektivləri və imkanlarını müzakirə edəcək, həmçinin rəqəmsal aktivlərin təhlüksizliyinin qorunması üzrə informasiya mübadiləsi imkanlarını araşdıracaqlar. Samitdə müxtəlif ölkələrdən 30-dan çox spikerin çıxış edəcəyi planlaşdırılır. Əsas spikerlər:
- Jihan Wu – Bitmain, icraçı direktor
- Roger Ver – Bitcoin.com
- Jason Zhuang – BTC.com
- Lingchao Xu – Antpool
- Yu Fang – BitKan, icraçı direktor
- Marco Streng – Genesis Mining, həmtəsisçi və direktor
- Sean Walsh – Hyperblock, icraçı direktor
- Batir Qidirov – Uminers
Tədbir Hualing Tbilisi otelində keçiriləcək və iştirak etmək üçün biletləri rəsmi saytdan əldə etmək olar.